beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mikrobsuz iltihab ilə bütün ağrılara son!

Türkiyəli mütəxəssis Dr. İlker Solmaz bədənə verilən təbii bir məhlul sayəsində ağrıya səbəb olan ziyanlı bölgələri müalicə edir.
Bu müalicə toxumaları yenidən canlandırmaq məqsədi güdən inyeksiya üsulu ilə aparılır.
Məlumata görə xroniki ağrıların qalıcı həlli olan bu üsul ağrıya imkan verən ziyanlı bölgələri müalicə edir və əməliyyata ehtiyac qalmır.
Bədənə xəbərdarlıq edən maddələr isə oynaq və əzələlərin yapışma yerlərinə, bağlara inyeksiya olunaraq orada mikropsuz iltihab yaradır.
Bu iltihablı bölgə qısa zamanda təmir edici hüceyrələr tərəfindən sağalır.
Dünya miqyasında mütəxəssis həkimlər tərəfindən tətbiq olunan Proloterapiya üsulu əzələ və skelet sistemində olan xroniki ağrıların qarşısını almağa da kömək edir. Həmin bölgələr də mikrobsuz iltihab nəticəsində yaxşılaşır.
Metodun heç bir yan təsirinin olmadığını ifadə edən mütəxəssis bildirib ki, təcrübəsiz həkimlər tərəfindən edilən müalicələr çox komplikasyalara səbəb olur.
Buna görə mütəxəssislərə müraciət olunmalıdır.


Tarix: 08.01.2015 / 17:01 Müəllif: Aziza Baxılıb: 13 Bölmə: Maraqlı Məlumatlar