beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aspirin içənlərin diqqətinə!

Qan durulaşdırıcı olaraq xəstələrə verilən aspirin, gecə yuxudan əvvəl içildiyində daha çox fayda təmin etmiş olur.
Belə ki, axşam saatlarında aspirin qəbulu, infarkt və beyin xəstəliklərinə yaxşı təsir göstərərək qanda laxtalanma yaradır və trombositlərin səhər saatlarında aktiv vəziyyətdə olmasına imkan verir.
İzmir Kent Xəstəxanasının kardioloqu Dos.Dr.Cavad Əş-Şəkur, bunun Hollandiyada aparılan bir tədqiqatın nəticəsi olduğunu söyləyir.
Onun sözlərinə görə aspirin, trombosit olaraq adlandırılan qan parçacıqlarının yığılmasını da önləyir. Bu baxımdan beyin iflici və ürək problemlərinə qarşı təsirlidir.
Edilən araşdırmalar da infarkt riskinin səhər saatlarında, digər saatlara görə üç qat daha çox olduğunu müəyyən edib.
Araşdırmalar, bənzər təsirlərin xolesterol salıcı dərmanlarda olduğunu da göstərib. Bu dərmanlardan gecə saatlarda istifadə, diqqətə çarpan xolesterol istehsalının qarşısını almağa kömək edirmiş.


Tarix: 08.01.2015 / 16:23 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Məlumatlar