beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başa dəyən zərbə IQ-nü azaldır

Aparılan tədqiqatlara görə başa dəyən zərbələr və alınan fiziki zədələr, uşağın IQ səviyyəsinin düşməsinə təsir edir.
ABŞ-ın Florida Universitetinin elm adamları, yetkinlik dövründə zəka inkişafının yaxşı olduğunu bildirib. Məhz, bu dövrdə bəzi gənclərin döyüş idman növlərindən uzaq olmasını məsləhət görüblər. Tədqiqatçılar, bu yaşda alınan zədələrin, daha çox təhsil alan uşaqlarda intellektual səviyyəyə təsir etdiyini göstərib. Əvvəl edilən araşdırmalarda bir il məktəbə getməməyin IQ səviyyəsini 2-4 bal nisbətində saldığı bildirilir. Müqayisədən görünür ki, IQ-ə təsir göstərən baş zədəsi yetkinlik dövründə daha çox zəkaya və idraka təsir göstərir.
Məlumatda oda bildirilir ki, ABŞ-da litsey illərindən yetişkinlik dövrünə qədər təxminən 20 min Amerikalı gəncin səhiyyə məlumatları araşdırılıb.
Elm adamları, başa dəyən hər böyük zərbənin IQ səviyyəsini təxminən 1,65 bal düşürdüyünü müəyyən ediblər. Qızların IQ səviyyəsi isə 3,02 bal geriləyib.
Qız və oğlanlar arasında bu bu fərqin, oğlanların fiziki zədələrə daha dayanıqlı olması ilə izah olunur.
Araşdırma, "Journal of Adolescent Health" jurnalında dərc olunub.


Tarix: 08.01.2015 / 16:22 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar