beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pirqəmiş məscidi (Naxçıvan)

Pirqəmiş məscidi - Naxçıvanda yerləşən qədim məscid.[1]Mündəricat
1 Yaranması
2 İstifadəsi
3 Müasir dördə vəziyyəti
4 İstinadlar


Yaranması

Məscidin yaranması tarixi VIII əsrə aid edilir.

Rəvayətə görə, Naxçıvanda islam dinindən öncə İraq əcəmi vilayətlərindən bir nəfər qələndər (tərki dünya) gələrək, indiki məscid yerində özünə daxma tikmiş və tənha ömür sürüb.

Qələndər öldükdən sonra, adamlar mərhumun cənazəsini adət üzrə daxmasında böyük saxsı küpdə dəfn ediblər. İslamdan öncə insan cəsədləri adətən Zərdüşt qanunlarına görə, günahkarlar yandırılar, günahsızlar isə böyük küplərdə torpağa basdırılarmış.

Baxımsız qalan daxma uçub-tökülür, yeraltı sular ətrafda sıx qəmişlik bitirir. Atəşpərəst əhali, bayram günlərində bivaris qələndərin (daxması) “məzarı” yanında tonqal qalayaraq (Avesta” kitabındakı atəşbazlıq, Zərdüşt dinin əsasını təşkil edirdi. Həmin dinin bir neçə təriqət formaları Hindistanda qalmaqdadır) oranı ziyarətgaha çevirmişlər. Zaman keçir, qələndərin adı unudulur, yalnız xalqın yaddaşında ziyarət yeri kimi “pirqəmiş” olaraq qalır.

İstifadəsi

IX əsrdə Naxçıvan torpaqlarını Ərəb xilafəti ələ keçirmişdir. Onlar Azərbaycanda yeni yaranmış islam dinini təbliğ etməklə atəşpərəstliyi qadağan edirlər. Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilmiş ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 1950-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qurmuşlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunub.

Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olub. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülüb. Məscidin bir qapısı, iki pəncərəsi, mehrabı, minbəri və içəridən dama qalxmaq üçün daşdan hörülmüş pillələri olub.

Müasir dördə vəziyyəti

XX əsrin ortalarınadək Pirqəmiş məhəllə məscidi möminlərin ibadətxanası olub. Məscidin həyətində əkilmiş qocaman tut ağacından ehtiyacı olanlar ehsan kimi istifadə ediblər. Həmin əsrin 60-cı illərində şəhərdəki məhəllə məscidləri bağlandıqlarından, Piqəmiş məscidində gecələr (Məhərrəm ayı ərəfəsində) bir nəfərin ibadət etməsinin şahidi olublar. Həmin “möcüzəvi” əhvalatdan sonra yerli rəhbərlərin göstərişi ilə şəhərdəki məhəllə məscidləri uçurdulub.

Xərabə məscid yerində ictimai bina tikmək istəyiblər. Torpaq qazılan yerdən içərisində İnsan sümükləri olan saxsı küp tapılır (həmin küp tarix müzeyində saxlanılır). Tavandan yeni çilçıraqlar asılmış, divarlara şamdan formalı lampalar vurulmuş, mehrab və minbərin tərtibatında kaşı və mərmərdən istifadə olunub.


Tarix: 25.02.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Məscidlər