beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Minarəli came

Minarəli Came (Cümə) Məscidi — İçəri Şəhərdə məscid.

1378-1379-cu illərdə atəşgah məbədinin yerində tikildiyi ehtimal edilir. Binanın inşası haqqında məscidin divarına həkk olunmuş bir yazıda deyilir: "709-cu ilin (1309-1310-cu illər) rəcəb ayında Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir".

Ehtimal olunur ki, məscid XIV əsrdə bərpa edilib. Düzgün olmayan altıbucaq formalı məscidin, qeyri-adi planı, otaqlarının çoxbölməli olması, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır. XV əsrdə möminləri ibadətə çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, möhtəşəm minarə tikilmişdir. Arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş minarənin bünövrə daşındakı kitabədə Elxani sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının imkanlı adamlarından Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində tamamilə yeni məscid binası ucaltdı.


Tarix: 25.02.2013 / 21:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Məscidlər