beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pirqəmiş məscidi

Pirqəmiş məscidi — Naxçıvan şəhərində Şəhid İ. Məmmədov küçəsində, Şahab məhəlləsində tarixi-memarlıq abidəsi.Mündəricat
1 Tarixi
2 Xarici keçidlər
3 Mənbə
4 Həmçinin bax


Tarixi

Naxçıvan şəhərindəki Pirqəmiş məscidinin yaranması tarixi VIII əsrə aid edilir.Naxçıvandakı Pirqəmiş məscidi ərəblər tərəfindən tikilib ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, zavallı qələndərin məzarı yanında (Məzar 50-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi.) məscid binası qururlar. Həmin dövrlərdə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunur. Həmin bina düzbucaqlı şəkildə tikilərək hündürlüyü 5, eni 20 və uzunluğu 30 metr ölçüsündə olur. Divarlar samanlı gillə suvanaraq, içəridən tavana (üst örtüyə) dayaq tirləri qurularaq üstü torpaqla örtülür.

60-cı illərdə şəhərdəki məhəllə məscidləri bağlanıb.Xaraba məscid yerində ictimai bina tikmək istəyirlər. Torpaq qazılan yerdən içərisində insan sümükləri olan saxsı küp tapılır. Torpaq altında o 21 cümlədən küfi xətti ilə ərəbcə yazılmış saxsı bardaq içərisində sikkələr də üzə çıxır ki, həmin ianəni qoyanlar məscidin təmiri üçün saxlayıbmışlar. Tikintidə qəribə işlər meydana çıxır. İşləyən ekskavatorun yanacaq çəni öz-özünə çatlayaraq yanacaq yerə tökülür, ertəsi günü çən dəyişdirildikdən sonra işləyən saz mühərrikin çarxları sınır və təmir olunan mühərriklər işə başlayarkən polad məftillər qırılaraq yerə tökülür. Ekskavator sürücüsü qorxudan ruhi xəstəliyə tutularaq xəstəxanada keçinir. Qazılmış məscidin yeri xəndək şəklində uzun illər baxımsız qalır. 1975-ci il (on ildən sonra) orada hamam binası tikilərək istifadəyə veriləndə tərs hörüldüyü aşkar olur. 1992-ci ildə yanacaq qıtlığından hamam fəaliyyətini həmişəlik dayandırır, baxımsızlıqdan binanın avadanlıqları sökülərək aparılır.

1996-cı ilin Qurban bayramı günündə məhəllə camaatının təklifi ilə xeyriyyəçi A.Kazımovun vəsaiti ilə sökülmüş hamam binası yerində məhəllə məscidi inşa olunur. 1998-ci il aprelin 26-da (Məhərrəm ayının əvvəlində) Naxçıvandakı Pirqəmiş məhəllə məscidi yeni görkəmi ilə qapılarını möminlərin üzünə açır.

Pirqəmiş məhəllə məscidi öz görkəminə görə şəhərdəki digər məscidlərdən seçilir. Məscid binasının ümumi sahəsi 400, həyətyanı hissəsi isə 1500 kvadrat metr ölçüsündədir. İkimərtəbəli məsciddə eyni vaxtda 500 nəfər ibadət edə bilər. Məscidin uca minarəsi ilə günbəzi də vardır. Binanın divarları bişmiş kərpiclə üzlənərək Quran ayələri yazılıb.

Səkkiz metr ucalığındakı minarənin yuxarısında ərəbcə “Allahu Əkbər” sözləri ilə “1998-ci il” tarixi qeyd olunub.


Tarix: 25.02.2013 / 22:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Məscidlər