beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidlərin arxitekturası

İslam memarlığının ən dayanıqlı və inkişaf etmiş memarlıq nümunələrindən biri məscidlərdir. Əvvəlki ənənələrə sadiq qalaraq, məscidlər dövrümüzdə də inşa olunarkən aşağıdakılar diqqət mərkəzində saxlanılır:
Məscidin sahəsi gələcəyin tələblərini nəzərə almaqla müəyyənləşdirilməlidir;
Məscidin tikilişində sadəliyə riayət edilməlidir;
Məscid qeyri-müsəlmanların məbədlərinə bənzədilməməlidir.

Minarəsinə görə məscidlər bir neçə formada olur ki, onların ən tanınmışları ağaşıdakılarır:
Minarəsi küncdə yerləşən məscidlər — Kazan tatarlarının memarlığı, əsasən şəhərlərdə yerləşir;
İki minarəli məscid — iki minarəli, günbəzli məscid. Yaxın və Orta Şərq, Mərkəzi Asiya üçün daha xarakterikdir;
Minarəsi çardağında olan məscid — Çardaqdakı minarə səkkiz və ya silindrik şəklində olur. Minarə bəzən iki və ya üç mərtəbəli olur.

Məscidin elementləri

Dünya üzrə qiblənin istiqaməti

Minbər və mehrab
Qiblə — ("əks tərəfdə yerləşən") məscidin Kəbəyə yönələn divarı;
Mehrab — ibadət zalında Məkkə istiqamətindəki divardakı xüsusi, tağ şəkilndəki boşluq;
Ənəzə ("qüllə") — məscidə girişə yaxın bir yerdə xüsusi qoyulmuş divar, mərmər və ya taxta lövhə, həyətdə mehrab əvəzi;
Minbər — mehrabdan sağda bir qədər yüksəkdə qurulan xüsusi yer. Oradan vaiz dindarlara xütbə oxuyur və ya müraciər edir. Belə qayda xristianlıqdan əvvəlki dini inanclarda da var idi;
Məksurə — Mehrab və minbərin yanında nazik taxta və ya metal lövhə ilə ayrılmış kvadrat ərazi. Yer məsciddə hökmdarın və ya hakimiyyət nümayəndəsinin iştirakı üçündür;
Diqqə — müəzzinlərin dayandığı xüsusi platforma. Müəzzinlər imamın hərəkətlərinin təkrarlayır və dindarların hərəkətlərini yönəldirlər;
Kürsü — Quranın qoyularaq rahat oxunması üçün xüsusi taxta söykənək.


Tarix: 24.02.2013 / 18:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Məscidlər