beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı məlumatlar

Dünyanın ən hündür nöqtəsində yerləşən məscid Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünyanın ən hündür binası olan Bürc Dubayın yuxarı mərtəbələrində yerləşir.[20]
Nyu-York şəhərinin İçtimai Şurası 2001- ci ilin 11 sentyabr terror hadisəsi zamanı Beynəlxalq Ticarət Mərkəzinin dağıdılmış hündür binalarının yerləşdiyi "Ground Zero" meydanının yaxınlıında məscid inşası barədə qərar qəbul edib.[21]
Məsciddə kişilər və qadınlar ayrı – ayrı zallarda namaz qılırlar.
Eyni məkanda bir neçə təriqət və bir məscid olarsa, qarşılıqlı razılaşma nəticəsində namaz günləri növbəlilik əsasında ola bilər.

Ətirli məscid

Dünyanın ən ətirli məscidi Təbrizdədir. Bu məscidin tikintisi zamanı onun palçığına xüsusi ətir saçan maddə qatılıb. Məscid artıq 600 ildir ətir saçır.

Əyri minarənin sirri

Mədinədə Hz. Məhəmmədin (s) qəbrinin yanında olan minarə əyri tikilib. Minarənin əyri tikilməsinin səbəbi hər hansı bir təbii fəlakət zamanı minarənin Peyğəmbərin (s) məzarının üstünə aşmasına mane olmaqdır. Bu səbəblə də qüllə Həzrət Məhəmmədin (s) məzarının əks istiqamətinə əyilmiş şəkildə tikilib.

Üç mehrablı məscid

1370-ci ildə Şamaxı şəhərində inşa olunan Cümə məscidinin tikintisində yumurta sarısından istifadə olunub. Məhz bunun sayəsində məscid Şamaxını yerlə-yeksan edən 4 zəlzələyə davam gətirə bilib. Bu məscid dünyanın nadir tikililərindən hesab olunur. Belə ki, yerli əhalinin üç məzhəbə bölündüyünü nəzərə alaraq, məsciddə qibləni müəyyən edən 3 mehrabdan istifadə olunub. Məscid hal-hazırda dövlət tərəfindən bərpa olunur.

Ən bahalı məscid

Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu məscidin tikintisi 545 milyon dollara başa gəlib. Məscidin döşəməsinə Xorasanda 1200 qadın tərəfindən 2 ilə toxunmuş 8,5 milyon dollar dəyərində xalça sərilib. Dörd minarəsi olan məscidin 82 irili-xırdalı günbəzi, içəridə 1048, bayırda isə 98 sütunu var. Məscidin döşəməsinə İtaliya mərməri döşənib. Abu-Dabidə yerləşən məsciddə doqquz min nəfər ibadət edə bilər.

Tərpənən minarələr

İran İslam Respublikasının İsfahan şəhərində tərpənən minarələri (minare conban) olan məscid 1316-cı ildə Elxanilərin hakimiyyəti dövründə inşa olunub. Minarənin qeyri-adiliyi onun əl ilə silkələndikdə yellənməsidir. Ən qəribəsi isə minarədən birinin hərəkətə gətirilməsi ilə digərlərinin də öz-özünə tərpənməsidir. Minarələr sənətkar Əmu Əbda Karladani tərəfindən inşa olunub.


Tarix: 24.02.2013 / 18:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Məscidlər