beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylər məscidi

Bəylər Məscidi — İçəri Şəhərdə məscid.

Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir. 1895-ci ildə tikilib. Məscidin inşаsındа Məhəmməd Hаşim Əl-Bаkuinin оğullаrı Hаcı-bаbа və Hаcı Cаvаd, еləcə də məşhur milyоnçu Аğа-Murtuzа Muхtаrоv, хəttаt İbrаhim Şirvаni, Mir Əli ən-Nаğı, Mir Tаğı, ustа-mеmаr Sеyid Hüsеyn də iştirаk еtmişdilər. Dаhа qədim məscidin yеrində inşa olunmuş, özündə Аvrоpа, Şərq, еləcə də yеrli mеmаrlığın kоnstruktiv prinsiplərini birləşdirir.

Memarlığı

Burada ilk dəfə Bakı memarlıq məktəbi üçün xarakterik olan fəzalı-forma kompozisiyasının tətbiqinə cəhd edilmişdir. Buna baxmayaraq, məscidin Şirvanşahlar Saray Kompleksinin klassik tikintisi ilə heç bir ümumi cəhətləri yoxdur, sadəcə, minarəsinin və daş günbəzinin quruluşunda müəyyən oxşarlıqların olduğu sezilir. Cəmi bir minarədən ibarət Bəylər məscidinin interyerinə vestibül və üç nefli ibadət zalı daxildir


Tarix: 25.02.2013 / 21:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Məscidlər