Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saray məscidi

Saray məscidi — İçəri Şəhərdə məscid.

Şirvanşahlar türbəsi ilə yanaşı olan bu məscidin hündürlüyü 22 m-ə çatır.[Mənbə göstərin]

Minarədə yazılıb: "Bu minarənin ucalmasını böyük sultan I Xəlilullah əmr etmişdir. Allah onun şahlığını və hakimiyyət illərini böyütsün. 845-ci il" (1441-1442 illər).

Məscidin həyətində yuyunmaq və dəstəmaz almaq üçün quyu və kiçik hovuz vardır.

Məscidin memarlıq üslubu çox sadədir. Onun giriş hissəsi bəzəksizdir. Lakin minarəsi gözəl və zərif şəkildə işlənib. Minarənin eyvanını saxlayan stalaktitlər, eləcə də aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənmişdir. Minarəni dilimli günbəz tamamlayır. Eyvanın ətrafı böyük məscidlərə xas olan oyma üsulu ilə bəzədilərək dəmir məhəccərlə əhatə olunub. Məscidin daxilinə şimal, şərq və qərbdən sadə işlənilmiş qapılar açılır. Şərq tərəfdəki qapıdan şah və onun ailəsi, şimaldakından kişilər, qərbdəkindən isə qadınlar istifadə edirmiş.

Günbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən və 4 tərəfdən birləşən çatma taxçalardan ibarətdir. Dilimli yarımgünbəzlə tamamlanan mehrab zərif stalaktitlərlə bəzədilmişdir.

Mərkəzi zalın yuxarı küncündə divara hörülmüş küplər səsgücləndirici funksiyasını yerinə yetirərək, azan səsinin qadınlara məxsus otaqdan eşidilməsinə şərait yaradırdı.[1]

Məscid dünya əhəmiyyətli abidədir.


Tarix: 25.02.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Məscidlər
loading...