Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzüm mürəbbəsi resepti

Tərkibi:
500 qram şəkər
2 yarım su stəkanı su
1kilo tumsuz qara üzüm
60 qram qovrulmuş şam fıstığı
1 ədəd limon

Hazırlanması:
Üzümləri yaxşıca yuyun və sularını süzün. Üzümlərin dənələrini qoparın. Şəkər və suyu qaynadıb siropu hazırlayın. Siropu öz halını alınca şam fıstıqlarını və üzümü içinə atın, az odda bişənə qədər qaynadın. Cem halını alınca limon suyunu əlavə edib qarışdırın və 25 dəqiqə daha qaynadın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:42 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Mürəbbələr
loading...