beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ gilas mürəbbəsi

[color=#c238dd]1 kilo ağ gilas

1 kilo şəkər

0,5 stəkan su
[/color

Gilası suyun altında yuyun və içindəki tumlarını çıhartın.

Şəkəri bir qazana tökün və üstünə suyu əlavə edin. Qazanı alov üzərinə qoyun. Şəkərli su qaynayandan sonra gilası siropun içinə atın və alovu orta gucə qoyun. Gilas siropun içində 10-15 dəqiqə qalmalıdır. Sonra isə alovu söndürün.

Qazanı 4 saatlıq qıraga qoyun. Qazanın içindəki tam soyumalıdır. Gilas bu vaxta öz suyunu siropa buraxacaq, şəkərli sirop isə gilasın içinə dolacaq. Birinci qayalışdan sonra gilas mürəbbəsi belə görsənəcək.

Bu prosessi 3 dəfəyəycən təkrar edin. Vacibdir ki, Siz mürəbbəni hər dəfə tam soyudasınız.

Hazır olunmuş mürəbbə yaqut rəngində olmalıdır.
Azərbaycanda bəzi ailələr gilasın içinə tumun əvəzinə qoz ləpəsi qoyub mürəbbəni belə üsulnan bişirirlər.

Nuş olsun!


Tarix: 11.12.2012 / 11:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 307 Bölmə: Mürəbbələr