beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xiyar mürəbbəsi resepti

Tərkibi:
1 kq xiyar
0,5 kq şəkər tozu
1 portağal
1 limon
zəncəfil kökü

Hazırlanması:
1 kq xiyarın qabığını soyun, xırda doğrayın, dənələrini çıxarıb atın. Xiyarı qazana doldurub üstünə 500 q şəkər tozu səpin. 1 stəkan sü töküb bişməyə qoyun.

20 dəqiqə qaynayandan sonra bir portağal və bir limonun şirəsi ilə birlikdə sedrasını da əlavə edin, orta itilikdə ocaqda daha 20 dəqiqə bişirin. Zəncəfil kökünü sürtgəcdən keçirib əlavə edin (bütöv bişirib sonra çıxarmaq da olar).

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:24 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Mürəbbələr