beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzüm mürəbbəsi

Bizdə Bakıda tumsuz balaca sarı üzüm kişmiş adlanır. Üzüm təzə olmalıdır. Əgər onların içində xarab olmuş gilə varsa, onlardan istifadə etməyin. Mən adi tumsuz ağ üzüm istifadə etmişəm.

1 kg üzüm

1 kg şəkər

1 stəkan su

Üzümü saplaqlardan təmizləyib yuyun və qazanın və ya teştin içinə yığın, üstünə şəkər əlavə edib, 8-9 saat saxlayın.

Gilələrin üstünə su töküb odun üstündə 5 dəq. qaynadın. Odun üstündən qaldırıb soyudun. Bu proseduru 3 dəfə təkrar edin. Qaynadıb, soyudub və s. Bişmiş gilələr kəhrəbaya oxşayırlar, şirəsi isə bal kimidir. Gilələr nə çox bərk, nə də çox yumşaq olmalıdılar.

Nuş olsun!


Tarix: 11.12.2012 / 11:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 256 Bölmə: Mürəbbələr