beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

qarağat mürəbbəsi

1 kg təmizlənmiş qarağat

1 kg şəkər

0,5 stəkan su


Giləmeyvəni saplaqlardan təmizləyib ehtiyatla yuyun. Mən adətən giləmeyvəni süzğəcin içində yuyuram. Süzğəci vaxtaşırı sirkələyirəm. Qazana ya da teştə giləmeyvənin yarısını töküb üstünə şəkər əlavə edin, və sonra qalmış giləmeyvəni tökün.
Vaxtaşırı qazanı silkələyin, şəkər bərabər yerləşməlidir. Bir neçə saat saxlayın. Əgər hava istidirsə, onda soyuq yerdə (soyuducuda), əks halda giləmeyvə turşuyar. 0,5 stəkan su əlavə edib qazanı (teşti) orta odun üstünə qoyun.

Şəkər əriməlidir və mürəbbə qaynamalıdır. Şəkər əriyəndə mürəbbə belə görünür.

5-7 dəq odun üstündə saxlayın. Bərk qaynamamalıdır. Odu söndürüb, mürəbbəni soyudun. Mürəbbə hazırdır.
Nuş olsun!


Tarix: 11.12.2012 / 11:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Mürəbbələr