beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırmızı pomidor mürəbbəsi resepti

Tərkibi:
1 kq pomidor
1,2 kq şəkər tozu
0,2 l su
vanil

Hazırlanması:
Su və şəkər tozundan şərbət bişirin. Xırda qırmızı pomidorları bu şərbətə salın (doğrayıb çəngəlləmək lazım deyil). Vam odda 30 dəqiqə qaynadın. Sonra 24 saat soyuq yerdə saxlayın. Sonra yenə qaynadın, kəfini yığın, vanil əlavə edib bir sutka saxlayın. Üçüncü gün astaca qarışdıraraq hazır olanadək bişirin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:24 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Mürəbbələr