beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağ tut mürəbbəsi resepti

Tərkibi:
Ağ tut – 1 kq.
Şəkər tozu – 1,3 kq.
Su – 2 st.

Hazırlanması:
Ağ tutun bir az bərkləri seçilir, yuyulur, suyu süzülür. 1 kq. tut üçün 1.3 kq.
Şəkər tozu, 2 stəkan su götürülməklə şərbət hazırlanır. Tutun üzərinə şərbəti əlavə edib, vam odda 5 dəqiqə qaynatdıqdan sonra soyudun.
1 saat sonra yenidən 7-8 dəqiqə qaynadılır. Yenə kənara çəkilir. 2 saatdan sonra üçüncü dəfə hazır olana kimi bişirilir.
Hazır olana yaxın limon turşusu əlavə edin. Bu mürəbbəni çox qaynatmaq olmaz, fasilələrə diqqət yetirin ki, tutun rəngi və forması çox dəyişməsin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:39 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Mürəbbələr