beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Konyaklı naringi mürəbbəsi resepti

Tərkibi:
0,5 kq naringi
0,5 kq şəkər tozu
2-3 x.q. konyak

Hazırlanması:
Yaxşı olar ki, xırda mandarin götürəsiniz. Təmizləyin, dilimləyin, üzərinə şəkər tozu səpin, konyak gəzdirin, 1 gecə saxlayın.

Səhəri gün ocağın üstə qoyun (qaynamasın). Ocağı azaldın və 40 dəqiqə qaynatmadan bişirin. Soyudun. Sterilizə edilmiş bankalara yığıb soyuq yerdə saxlayın.
Göstərilən miqdardan 700 q mürəbbə alınır.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Mürəbbələr