beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quru ərik marmeladı resepti

Tərkibi:
500 gr quru ərik
150 gr toz şəkər
3 xörək qaşığı bal
2 stəkan isti su
1 çay qaşığı maye vanil
1 çay qaşığı badam esansı

Hazırlanması:
Quru ərikləri 1 stəkan isti suda 3 saat qədər gözlədərək isladın. Daha sonra suyunu süzüb bir qazana alın. 2 stəkan qaynar su əlavə edib ərikləri qaynadın. 10 dəqiqə sonra şəkərini əlavə edin və 40 dəqiqə qədər az odda bişirin. Daha sonra blendrdan keçirib püre halına gətirin.
Əriklər suyunu çox çəkmişsə 1 fincan daha qaynar su əlavə edə bilərsiniz. Balı, vanili və badam esansını əlavə edin. 5 dəqiqə daha bişdikdən sonra oddan götürüb farfor ya da şüşə bir qabda soyudun. Soyuduqdan sonra saxlanacaq qapaqlı qaba əlavə edib sərin bir yerdə mühafizə edin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Mürəbbələr