beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərik mürəbbəsi resepti

Tərkibi:
1 kq ərik
1-1,2 kq şəkər tozu

Hazırlanması:
Bərk əriyi yuyub qurudun. Dənəsini çıxarın. Bunu ya karandaşın köməyilə edin. Ya da yarıya bölüb çıxarın.

Şəkər tozunu qazana töküb azca su əlavə edin. Vam odün üstünə qoyun. Şərbət hazır olanadək ərikləri sterilizə olunmuş bankalara (0,5 litrlik) sıx-sıx yığın. Şərbət qaynayanda onu bankadakı əriklərin üstünə tökün. Bankaların qapaqlarını ağzına qoyub içindəkinin soyumasını gözləyin.
Soyuduqdan sonra şərbəti yenidən qazana töküb qaynara düşəndə götürün, bankadakı əriklərin üstünə tökün. Soyudun. Proseduru 4 dəfə təkrar edin. Sonra isə isti-isti qapağını bağlayın. Üstünü dəsmalla hər tərəfdən bağlayın (tam soyuyanadək).

Hər dəfə bankalara şərbət tökdükcə əriyin öz şirəsi də çıxacaq və beləliklə şərbətin qədəri artacaq. Bunu ayrıca qaba yığıb piroq, tort bişirərkən istifadə edə bilərsiniz. Yaxud da axırıncı dəfə şərbəti bir az çox qaynada bilərsiniz. Bu zaman mürəbbənin suyu bir az qatı olacaq.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Mürəbbələr