beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyürtkən mürəbbəsi resepti

Tərkibi:
Böyürtkən- 1 kq (təmizlənmiş)
Şəkər- 900 qr
Gülab 2 x.q
(Gülab yoxdursa su)

Hazırlanması:
Böyürtkənləri təmizləyin(saplaqlarını və əzilmişlərini),yuyun. Böyürtkənlər dənə -dənə durmalı və təmizləndikdən sonra 1 kq olmalıdır. Bunun üçün siz 1.5 kq böyürtkən almalısınız. Büyürtkənlərin suyunu tamamilə süzüb iri cəmə tökün. Üzərinə 2 x/q gülab tökün. Gülab yoxdursa su tökün. Çox su tökmək olmaz.
2 x.q gülab mürəbbəni ilk oda qoyanda dibinin yanmaması üçündür. Sonra meyvələrin öz suyu çıxır.

Meyvələrin üzərinə 900 qr şəkərin yarısını tökün və cəmi qazın üzərinə qoyun.
Qaz orta odda olmalıdır. Şəkərlər əriyənə kimi cəmin hər iki tərəfindən tutub silkələyin.
Qaşıqla qarışdırmaq əsla olmaz!!! Şəkər əriyiyəndən sonra yerdə qalan şəkəri də üzərinə tökün o da ərisin.
Böyürtkən mürəbbəsi qaynağa düşənə kimi arada cəmi silkələyin. Qaynağa düşəndə mürəbbənin üzərinə ağ kəf əmələ gələcək.
Deşikli qaşıqla bu kəfi yığın. Arada cəmi yenə silkələyin və yenə kəfi yığmağa davam edin. 15-17 dəqiqə.
Bu vaxt ərsində mürəbbə həm bişəcək həm də kəfi getdikcə azalacaq. Vaxt bitən kimi cəmi qazın üzərindən götürün.
Kənara qoyun soyusun. Qeyd-kənarda olarkən əgər yenə üzərində kəf varsa qaşıqla götürün. Yığdığınız kəfi tullayın.
Mürəbbə təmiz olmalıdır. Böyürtkən mürəbbəmiz hazırdır.

Əgər mürəbbəni qışa saxlamaq istəyirsinizsə- Bankanı və qapağını əvvəlcə yaxşıca yuyun. Və təmiz qurulayın.
Bir damla belə su qalmasın. Tam soyuduqdan sonra mürəbbəni bankaya tökün.Ağzına kimi tam doldurun.
Hava qalacaq yeri olmasın. Üzərinə 1 x.q şəkəri səpin və üzərinə öncə salafan sonra da qapağı qoyun. Və ağzını bərk sıxın ki heç hava girməsin içinə. Soyuq yerdə qış üçün saxlaya bilərsiniz.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Mürəbbələr