beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar üçün mətbəxtə nə kimi tədbirlər görülməli.

Mətbəxlər evlərdə uşaqların ən çox qəzaya uğradığı sahədir. Xüsusilə qaynar sular, isti ocaq, elektrikli ev alətləri, kimyəvi maddələr və yuyucular uşaqlar üçün son dərəcə təhlükə ifadə edər. Bu səbəblə uşaqları mümkün olduğu qədər mətbəxdən uzaq tutmaq və müəyyən bir sıra tədbirlər almaq lazımdır.



Qazda yemək bişərkən və ya soba işlərkən uşağınızı mümkün olduğu qədər mətbəxdə uzaq tutmağa çalışın. Yemək bişərkən qazın arxa hissələrini istifadə etməyə və qabların qulplarını qazn arxa tərəfinə dönük tutmağa diqqət edin.Qazınızın ətrafına qoruyucu təhlükəsizlik qorxuluqları qoya bilərsiniz. İsti yemək və içkilər daşıyarkən uşağınızı qucağınıza almayın.



Yuyucular və kimyəvi maddələr uşaqların çata bilməyəcəyi yerlərdə,bağlı olaraq saxlanmalıdır. Qətiliklə yemək qablarına qoyulmamalıdır.



Çəngəl, bıçaqlar, şüşə əşyalar və digər zərər verə biləcək iti əşyalar da uşağınızın çata bilməyəcəyi yerlərdə qaldırılmalıdır.



Mətbəxdə olan iti kənarlı və bucaqlı əşyaların uşağın başına və gözlərinə zərər verməməsi üçün xüsusi vəsait ilə etibarlı hala gətirməlisiniz.



Mütləq bir yanğın söndürücü saxlayın və uşağınızın çata bilməyəcəyi bir yerə qoyun.


Tarix: 03.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Körpəyə qulluq