beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşləyən ananın uşağı olmaq

Ingilis elm adamlarının araşdırmasına görə, işləyən anaların uşaqları anası evdə olan uşaqlar qədər fəal və həssasdırlar. Alimlər davranışları və ruhi sağlamlıqları baxımından işləyən anaların uşaqlarıyla evdar qadınların uşaqları arasında fərq tapılmadığını iddia edirlər. Onlar İngiltərənin cənub-qərb istiqamətində yaşayan 14 min uşaq üzərində bir araşdırma aparıblar.
10 il davam edən araşdırma nəticəsində anası işləyən və buna görə də bağçaya gedən uşaqların ruhi dəyişkənliyi olmadığı təyin edilib. Bundan başqa, onların dəcəllik etmədikləri və hər hansı ciddi problemi olmadığı məlum olub.
Araşdırmanın nəticəsini şərh edən Bristol Universitetinin elm adamları bildiriblər ki, ''Bu uşaqlar fiziki baxımdan ən azı anası evdə olan uşaqlar qədər fəaldır''. Alimlərdən biri araşdırma zamanı maraqlı bir nəticə daha əldə etdiklərini bildirib. O, əldə edilən nəticələri belə izah edib: ''Araşdırmada sürpriz nəticə əldə etdik. Əgər valideynlərin son dərəcə fəal bir körpəsi varsa, uşaq 3 yaşına gəldiyi zaman valideynlər də daha çox fəal olur''.


Tarix: 03.01.2015 / 10:52 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Körpəyə qulluq