Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni doğulan körpə necə yatırdılmalıdır?

Körpə dünyaya gələn zaman anaları ilk maraqlandıran məsələ ona necə qulluq etmək,yatızdırmaq, əmizdirmək və başqa qulluq metodları ile bağlı olur.
Məşhur "Uşaq və ona göstərilən qulluq” kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmagı tövsiyə edir. O birilərsə, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşagı arxası üstə yatmağa öyrətməyi məsləhət görür. Son illər ərzində bir çox həkim yeni doğulmuş körpələri düz və bərk yerdə, həmcinin dörd qatlanmiş bələyin üstündə yatırtmaiğı məsləhət görür. Onlar öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, başının tərləməsi, QoS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız fərziyyələr mövcuddur) profilaktikasi ilə əsaslandırılar.
Uşagın başı yumru formalı və bir neçə yumşaq sümükdən ibarətdir. Onu düz və bərk yerə qoyan zaman baş asanca deformasiya olunur ve arxa hissəsi hamarlaşır, lövhə tek düz olur. Təzə doğulduğu dövrdə uşagın başına istənilən formanı vermək mümkündür. Yaxşı olar ki, təzə doğulmuş körpəni baş tərəfi bir qədər hündür olan pambıq yastığın üzərinə böyrü üstə qoyasınız ki, qusarkən boğulmasın. üzünün altından yumşaq salfet sərin. Uşağın vəziyyətini mütləq sağ böyürdən sol böyürə dəyişmək, bu zaman yastığının vəziyyətini də çarpayının bu başından o biri başına qoyub dəyişmək lazımdır, çünki uşaqlar həmişə isığa doğru çevrilirlər. Onurğa sütunu düz taxta deyil, onun da öz əyrilikləri var və burda əyiləsi bir şey yoxdur, xususən də nəzərə alsaq ki, döl ana bətnində bütün hamiləlik boyunca "embrion pozu” deyilən əyilmiş vəziyyətde qalıb ilıq doletrafı sularda üzür. Bizim uşaqlarımız nədənsə müasir ortopedik doşeklərdə yatmır, valideynlerinin isti və rahat yatagına keçir. Bu ise arzu olunmaz haldır, çunki uşaqlar valideynlərini ayırmaq üçün deyil, birləşdirmək üçün dünyaya gəlir. Uşagın ana ilə yanaşı, yataqda yalnız onun atası olmalıdır. Uşaq öz yerində özünü yaxşı hiss etdiyi üçün onu tanıyıb sevirsə, deməli, böyüyəndə də həyatda öz yerini tapacaq. Alimlərin tipik tövsiyələrindən biri budur: "2 yaşınadək uşaq qəfəsli məhəcceri olan bərk çarpayıda, ölçüsü çarpayının ölçüsü ilə üst-üstə duşən kip doşək üstündə, yastıqsız, örtüksüz və yorğansız yatmalıdır”. Bircə gecə məsləhət olunan tərzdə, doşəmədəki xalçanın üzərində, yorğansız, başınızın altına isə dörd qatlanmış bələyi qoyub yatsanız, uşagğn niyə narahat olduğunu anlamış olarsınız. Bundan sonra pis yatmasından şikayətlənərək, sakitləşdirici dərman almaq üçün körpəni nevropatoloqun yanına aparmayacaq, sinir xəstəlikləri axtarmayacaqsınız. Sadəcə, onu sevərək rahat çarpayıya, yastıqcanın üstüneə uzadıb, uşaqların çox sevdiyi kimi, qaşlarının arasını saat əqrəbi istiqametində sığallayaraq, əmzik və ya yemək verəcəksiniz, sonra yellədəcəksiniz. Uşagı bürümək lazım deyil. Həm həddən artıq soyuqdan, həm də istidən balacanı qorumaq lazımdır. Ancaq əgər balaca üzü üstə yatırsa, onu yastıqsız, düz yerə, yetərincə yumşaq döşəye qoyun. Egər körpə əmzikdən imtina edirsə, çalışın onu əmziyə öyrədəsiniz, çunki ilk aylarında uşagın sorma refleksi çox güclu olur və o, əmziyə öyrənməsə, öz barmaqlarını, bələyini əməcək və ya ona əmziyi əvəz edən ana doşünü tələb edecək. Əmzikli uşaqlar daha sakit olur. Uşaq yuxulayandan sonra isə əmziyi götürə bilərsiniz."Uşaği üzü üstə yatırmaq ona görö məsləhət görülür ki, qusan zaman nəfəs borusu tutulmasın. Bir dı bəzən uşaqlarda timus olur. Timus tənəffüs borusunun ön tərəfində yerləşir. O böyüdükcə nəfəsi sıxır, boğulma verir, xırıltı olur. Uşağa narahatcılıq törədir. Amma uşaq saglamdırsa, heç bir problemi yoxdursa, arxası üstə yatızdırılsa daha yaxşı olar. Başının altına isə hündür olmayan yastıq qoyulmalıdır ki, uşagın bədəni bir az maili olsun”, - deyə mutəxəssis bildirib. Həkimin sözlərinə görə, yeni doğulan körpənin sümükləri hələ bərkimədiyinə görə, onu daim eyni vəziyyətdə yatırtmaq olmaz: "Uşagın vəziyyətini tez-tez dəyişdirmək lazımdır. Uşaq sağ, sol teərəfi və arxası üstə yatırdırmalıdır. Ancaq yan ustə uzadılan zaman da elə qoymaq lazımdır ki, uşagın qolu altda qalmasın”. Əgər otağın havası təmiz olarsa ve uşagın sancısı, ağrısı olmasa, o, rahat yatacaq. "Uşağı yelləyərək, yatırtmaq düzgün deyil. Uşaq qucaqda yuxuya gedəndən sonra onu öz yerinə qoymaq lazımdır. Körpə özü öz yerində sakit yatmağı öyrənməlidir. Bəzən ele olur ki, uşaq öz yerində deyil, ana-atasının yerində yatmağa meylli olur. çunki belə vaxtlar körpənin köməksiz vaxtlarıdır. O, hər an yanında doğma iyini duymaq istəyir. Amma bele hallarda bele yatandan sonra uşagı aparıb öz yerinə qoymaq lazımdır. Birincisi, elə mikroblar ola bilər ki, körpə onu tez qapsın. İkincisi, yuxulu vaxtı valideynlərdən hansısa çevrilən zaman bilmədən körpə altında qala bilər. Ona görə də elə hər baxımdan uşağın öz yerində yatması məsləhətdir”.


Tarix: 03.01.2015 / 11:07 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Körpəyə qulluq
loading...