beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlikdə D vitamini

Hamiləlik zamanı D vitamininin nə kimi əhəmiyyəti var?

D vitamini bədənə lazım olan sağlam sümük və dişlər üçün kalsium və fosfatın tənzimlənməsinə kömək edir.O, infeksiyalarla mübarizəyə kömək edir və xərçəng riskini azaldır.
Hamiləlik və ya süd vermə zamanı D vitamini çatışmazlığı uşaqda kalsium çatışmazlığına səbəb ola bilər. Bu da körpənin diş və sümüklərinin inkişafına mane ola bilir.
Niyə hamiləlik zamanı D vitamini almaq lazımdır?
D vitamini orqanizmdə kalsium və fosfatın səviyyəsini tənzimləyir.Bu elementlər sümük və dişlərin inkişafı üçün əvəzedilməzdir.

D vitaminini necə qəbul etməli?

D vitaminini almağın iki yolu vardır:
D vitamini orqanizmdə günəş şüalarının təsiri nəticəsində əmələ gələ bilir.
D vitaminini qida və içməklə də əldə etmək olar.
D vitamini ilə zəngin olan qiadalardan qızılbalığı, skumbriyanı göstərmək olar. Bundan başqa D vitamini ilə zəngin olan marqarin və quru səhər yeməklərini misal çəkmək olar.Qırmızı ət və yumurtada da D vitamini mövcuddur.
Qış aylarında günəşdə qızmarlıq az olduğu üçün D vitaminini qidalar vasitəsilə ilə əldə etmək mümkündür..

Hamiləlik zamanı D vitamini qəbul etmək üçün əlavə preparatlar içməyə ehtiyac varmı?

D vitamini hamilələr üçün nəzərdə tutulmuş bir çox vitamin komplekslərdində mövcud olur.Əsas odur ki, bu pereparatlar sırf hamilələrin qəbulu üçün nəzərdə tutulmuş olsun.Bunun üçün həkiminizlə məsləhətləşməyiniz isə mütləqdir.


Tarix: 03.01.2015 / 10:54 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Körpəyə qulluq