Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana südünün təbii vasitələrlə artırılması

Südəmər uşağın əsas yeməyi ana südüdür. Ana südünün tərkibi inək , qoyun, keçi südündən fərqlənir ( ana südündə olan yağlar , inək südündə və başqa südlərdə olan yağlardan tam fərqlənir). Bundan başqa heyvan südündə bu və ya başqa maddələr ana südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə qarışdırıb vermək lazımdır. Lakin ana südündə olan maddələr inək südündə az olduğu üçün bura şəkər və düyü unu qatmaq lazım gəlir. Ana südündə olan qoruyucu maddələr körpəni yolxucu xəstəliklərdən qoruyur və bir çox xəstəlikləri asan keçirməyə kömək edir.
Ana südü beyində hipoviz vəzi tərəfindən yaradılan prolaktin hormonu ilə yaranır. Prolaktin hormonu çox olduqda ananın südü bol, az olduqda isə süd az olur . Prolaktinin çox olmasının əsas səbəbi anada əsəb , stress, yuxusuzluqdur. Yenicə ana olan qadınlar normal təbii qidalar qəbul etməlidir. Ana gün ərzində 2 litr maye, protein ( ət , balıq, toyuq) yeməli, bol meyvə və tebii meyvə şirəsi içməlidir. Sulu yeməklər , pomidor şirəsi, zeytun yağı , günlük kalsiumu qatıq məhsullarından almalıdır. Süd verən analar acı qidalardan, siqaret, qəhvə , çay və alkoqollu içkilərdən uzaq durmalıdırlar.
ANA SÜDÜNÜ ARTIRAN VASİTƏLƏR :
- Razyana dəmləməsi
- Şüyüd toxumu dəmləməsi
- Yemişan suyu ( aptekde satılır ) səhər-axşam yeməkdən əvvəl 10 damcı , 1 st. suya damızdırılır
- Kəmşirin heyva kompotu
- Buğda qovurması
- Fındıq yağı səhər-axşam 1ç.q.
- Ayran , südlü yemklər
- Meyvə şirəsi
- Qırmızı soğan mürəbbəsi. (soğan 1kq və şəkər 1kq -
mürüəbbə bişir). süd artırmaqla bərabər qanıda artırır
- 2 kök və 100 qr. smetan .günorta yeməyində yeməlidir
- 100 qr. kök şirəsi (iliq) və 1 x.q. bal yeməkdən qabaq
- 1 st. suya 1x.q.üyüdülmüş fındıq ləpəsi ilə qarışdır , 2 yerə bölünür səhər- axşam yeməkdən əvvəl
ANA SÜDÜNÜ AZALDAN VASİTƏLƏR :
- Ada çayı dəmləməsi
- Nanə ( mentol)
- Kəklikotu dəmləməsi
- Cəfəri
- Quzuqulağı
- Sürvə (şalfe)


Tarix: 03.01.2015 / 11:42 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Körpəyə qulluq
loading...