Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaildeyinlərimizdən nəyi gizlədirik?

Yaşadığımız bu həyatda yalnız özümüzün bildiklərimiz şübhəsiz ki, var. Hamıdan gizlədiyimiz, özümüzün bilməyimiz vacib olan. Sirrlərimiz var, amma bəzən bunları bölüşdüyümüz insanlar da var. Dostumuz, sevdiyimiz və ya başqa bizə yaxın olan birisi. Amma bu yazıda mən yalnız valideynlərimizdən gizlədiklərimizdən danışmaq istəyirəm.
Valideynlərimizdən nə gizlədirik, nəyi onlara çəkinmədən deyirik? Bəs gizləməyimizə səbəb nədir?
Gizlədiklərimiz adətən gənc yaşlarda yəni indiki yaşlarımızda və ya bu yaşımıza qədər olur. Bəs nə gizlədirik? Bu oğlan və qızlarda fərqlidir. Oğlanların ən çox gizlədikləri siqaretdən və spirtli içkidən istifadə etmələridir. Bir çoxları gizləməyə ehtiyac duymasa da, gizləyənlər az deyil. Çox nadir hallarda rast gəlsəm də oğlanların öz sevdiklərini də ailəsindən gizlədiyinə şahid olmuşam. Bəs qızlar? Qızlar valideynlərindən nəyi gizləyirlər? Qızlar adətən analarından gizli iş görməzlər. Amma atalar qızlarından daha az "xəbərdardırlar”. Təbii ki, bunun tərsinə olanları da var. Qızlar adətən gizlədikləri sevdikləri, sevgililəri olur. Bunlardan əlavə, məktəbdə və ya universitetdə baş verən hansısa hadisəni gizlədirik. Ümumiyyətlə gündəlik cəmiyyətdə başımıza gələn hansısa hadisəni gizlədirik. Ümumiyyətlə gündəlik cəmiyyətdə başımıza gələn hansısa hadisəni gizləyirik. Bəzən özümüzə haqq qazandırırıq, doğru etdiyimizə görə. Bəlkə də haqqlıyıq. Bunlar üzdə olub, daha çox görünənlər idi. Qalan versiyaları siz şərhlərinizdə qeyd edəcəksiniz.
Bəs niyə? Niyə bizə ən yaxın olan insanlardan gizlədirik?
Bizi ən yaxşı onlar başa düşür, bizim üçün ən yaxşısını onlar bilir və edir. Bəs niyə gizlədirik? Gizləməyin bir və bəlkə də birinci səbəbi qorxudur. Buna çəkingənlik də deyə bilərik. Bəs niyə qorxuruq? Onların reaksiyasından qorxmağımıza səbəb nədir? Belə çıxır ki, valideynlərimiz bizdə elə aura yaradıb ki, biz onlardan qorxuruq. Onda elə valideyndən gizləməyimizə səbəb elə onların özüdür? Və ya onların necə reaksiya verəcəyini bilmirik deyə, gizləyirik. İndi də belə çıxır ki, biz valideynlərimizi yaxşı tanımırıq? Axı onlar bizə ən yaxın insanlardır...
Mən gizlətdiklərimizə və onu yardacaq səbəblərə başlanğıc kimi misal çəkdim. Bəlkə də bir çoxunuz mənimlə razılaşmaya bilərsiniz. Mən də qalan fikirlərimi şərhimdə bildirəcəm. Sizin də fikirlərinizi öyrənmək istərdim:

Valideynlərimizdən gizlətmək doğrudurmu? Valideynlərinizdən gizlətdiklərdoğrudurmu?
Eziz userler bes sizlerin Valideynlərinizdən gizlətdikləriniz nə olub?


Tarix: 03.01.2015 / 11:13 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Körpəyə qulluq
loading...