Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sirin analara meslehet

Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın. Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür.

Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin. Körpənin göbəyi, göbəkətrafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı 2 həftə ərzində düşəcək.

Körpənin otağında temperatur 22-24 dərəcə olmalıdır. Körpənin rahat hərəkətini təmin etmək üçün ona yumşaq paltarlar geyindirin və üstünü qalın örtüklə örtməyin. Başına yumşaq parçadan tikilmiş başlıq qoyun. Körpənin uzanan dırnaqlarını kəsin, yoxsa üz-gözünü yaralaya bilər.

Körpəni göbək bağı düşənədək onu çimizdirmədən, yalnız bədənini silməklə kifayətlənmək olar. çimizdirdikdə körpənin ağzını, çənəsini tez-tez yaş, sabunsuz və yumşaq parça ilə silməyi unutmayın. Körpəni toxqarına çimizdirməyin, qusa bilər.

Yeni doğulmuş körpəni bir həftədən sonra müayinəyə aparın. Əgər körpədə sarılıq xəstəliyinin əlamətlərini görürsünüzsə, həkimə müraciət edin...


Tarix: 30.12.2014 / 17:41 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Körpəyə qulluq
loading...