beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik və kompyuter

21 ci əsrdə informasiya texnologiyalarının inkişaf etdiyi bir vaxtda demək olar ki, bütün idarələrdə kompüter var və az qala bütün işlər kompüter arxasında icra olunur. Hamilə qadınların da kompüter dalında işləməsi adi hala çevrilib. Ancaq hamilə qadının kompüterdə işləməsi çoxlarını narahat edir. Kompüterin hamiləyə, daha doğrusu dölə zərərli olub-olmadığını sübut edən dəlil yoxdur. Təhlükədən qorunmaq üçün bəzi qaydalara əməl etmək lazımdır.
Kompüter arxasında oturuşunuza diqqət edin. Oturacağınızı özünüzə uyğunlaşdırın. Arxanızı oturacağa söykəməlisiniz. Qarnınız böyüdükcə oturacağın arxasını geri çəkə bilərsiniz. Hər 15-20 dəqiqədən bir durub, gəzməlisiniz.
Ayaqlarınızın altında dayaq olsa, yaxşıdır. (Ofis ləvazimatları satılan dükanlarda belə dayaq tapmaq olar). Ayaqlarınızı üst-üstə qoymayın. Bu, qan dövranına mane olur. İmkan olan kimi, ayaqlarınızı yuxarı qaldırın. Noutbukunuz varsa, ayaqlarınızı uzadıb, noutbuku ayaqlarınızın üstünə qoyun.


Tarix: 30.12.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Körpəyə qulluq