beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Analar bunu mütləq bilməlidir

Hər körpənin diş çıxarma yaşı bir-birindən fərqli ola bilər. Lakin məlumatlara görə körpələr təxminən ilk dişlərini 7-8 aylıq olduqları zaman çıxarır.
Körpələr ilk dişlərini çıxardıqdan sonra digərləri də çıxmaöa başlayır. Körpə 1 yaşına gəldiyi zaman qabaqda 4 dənə sonra isə 2 dənə diş çıxarmış olur. 2 yaşında isə ortalama olaraq 20 diş çıxarır.
Körpələr diş çıxardıqları zaman bunu hərəkətləriylə müəyyən edir. Diş çıxaran zaman körpənin damaqlarında qaşıntı ağrı kimi şeylər olur. Körpədə bu qaşıntını və ağrını aradan qaldırmaq üçün davamlı olaraq soyuducuda saxlanmış yumuşaq içi sulu oyuncaqları gəmirməyə şərait yaratmalıyıq. Diş çıxarma ərəfəsində əsəbi, halsız daha narahat olurlar və özlərini narahat hiss edirlər. Həm də körpələrin istilikləri də olur. Diş çıxarma zamanı hiss etdikləri qaşıntı və ağrılar körpədə yuxu problemlərinə də yol aça bilər. Yuxusuzluq problemləri olar.
Diş çıxaran körpələrdə qidalanma problemləri də başlayır. Yeməyə qarşı istəksiz davrana bilərlər. Bu da uşaqda bir müddət üçün kilo problemlərinə gətirib çıxarır. Körpə özünü olduqca narahat hiss edirsə, həkimə aparsanız yaxşı olar. Çünki körpənin diş çıxarma müddətində hiss edəcəyi ağrılar,istilik vəziyyətləri, çəki azalması körpəyə mənfi təsir edə bilər.
Özünü rahatlaşdırmaq üçün oyuncağı gəmirən körpəni izləmək lazımdır. Hər şeyi ağızına almağa gəmirməsinə icazə verilməmlidir. Əks halda ağız boşluğuna mikrob düşə bilər. Həmçinin diş çıxaran körpənin ağız suyuda axır. Yaxşı olar ki, daim yaxasına önlük vurulsun və yaxası islanıb canına hopmasın.
Diş çıxarma ərəfəsində oyuncaqla bərabər meyvələri ya soyulmuş soğanı gəmirə bilirsə, əlindən almayın. Yaxşı olar ki kalsiumla zəngin olan meyvələrdən bol istifadə edəsiniz. Yeməklərinə kənd yumurtasının üyüdülmüşündən (yuyulur,qurudulur, blenderdən keçirilir) hər yeməyinə bir çimdik tökəsiniz. Bu təbabətdə ən gözəl təbii kalsium sayılır. Körpənin rahat diş çıxarmasına kömək edəcək.


Tarix: 03.01.2015 / 12:33 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Körpəyə qulluq