beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpənizi 6 aylıqkən kitabla tanış edin

Uşağınızın gələcəkdə oxumaqla əlaqəli çətinlik çəkməsini istəmirsinizsə altı aylıqdan etibarən kitabla tanış edin.
Oxuma bacarığı hər şeydən əvvəl kitablarla qazanılır. Yəni uşağınızı, altı aylıqdan etibarən kitabla tanış etməyiniz lazımdır. Xüsusilə kitabçılarda satılan, körpələr üçün qavraması asan olan kitabları seçim edə bilərsiniz.

Hərflərlə tanış olsun

Evinizdə uşağınızın görə biləcəyi bir kitab rəfi də olmalıdır. Yəni evinizdə çox kitab olmasında fayda var.
Qəzet, jurnal kimi yazılı informasiya vasitələrini istifadə edin. Onunla səhifələr içindəki şəkillər haqqında danışın; yazılarla, hərflərlə tanış olmasını təmin edin.

Sizi nümunə götürməlidir

Gündəlik ya həftəlik oxuma saatları edin. 15 dəqiqə qədər bütün ailə fərdlərinin kitab oxuduğu səssiz bir mühit yaradın.
Ana və atanın, kitab oxuyan fərdlər olması uşağın oxuma bacarığına müsbət təsir edəcək.

Əgər siz fədakar bir anasınızsa uşağınıza erkən yaşdan etibarən fədakar olmağı öyrədə bilərik. Siz necəsinizsə, uşağınız da elədir. Əgər ona doğru bir nümunə olsanız uşağınız da dünyanı belə başa düşəcəkdir. Edilən araşdırma və təcrübələrdə də uşaqların valideynlərini təqlid etdiyi sübut edilmişdir. Körpənizə fədakar olmağı öyrətmək istəyirsinizsə, ətrafınızdakı maneəli fərdlərə qarşı olmayın, yaşlılara kömək edin. Kasıb insanlara maddi və ya mənəvi kömək edin. Uşaq evindəki uşaqları ziyarət edin.

Zorla yemək yedirməyin

Uşağınızda fiziki və sağlamlığını birbaşa olaraq təsir edən bir problem yoxdursa yemək yemə mövzusunda məcbur etməyin. "Ye, ye" deyə başlayan cümlələriniz, onda "Yemə, yemə" kimi şərtli bir refleksə çevirə bilər. Bundan başqa, körpəyə acmağıı öyrətməmək də bu problemi ön plana çəkər. Çünki uşağı acmaq fürsəti vermədən yedirmək, onun yeməklə arasında qurduğu əlaqəni də təyin edər.
Əvvəlcə bir uşaq həkiminə müraciət edərək, fiziki bir problem olub olmadığının aydınlaşdırın. Əgər problem yoxdursa uşağınızı bəsləyərkən etdiklərinizi təkrar nəzərdən keçirin.


Tarix: 03.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Körpəyə qulluq