beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarışqaların maraqlı mikrob təmizləmə üsulu

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki,tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.

Bildiyimiz kimi, qarışqaların bədəni çox kiçikdir və onlar sadə bir orqanizmə sahibdirlər. Xəstəlik, mikrob və antibiotik arasındakı əlaqəni təhlil etmək isə olduqca kompleks davranışdır. Əlbəttə ki, qarışqalar xəstəlik yaradan bakteriya və ya mikroblardan xəbərdar ola bilməzlər. Elm adamları xüsusi mikroskoblar sayəsində bunları araşdıra bilirlər.

Qarışqaların qatranın xəstəliyin qarşısını alacağını bilmələri heyrətamizdir. Onların ətrafında çox sayda bitki olmasına baxmayaraq, məhz qozalı ağaclarını seçmələri şüurlu hərəkətdir. Qarışqalar sanki hansı xəstəliyə qarşı hansı dərmanı verəcəklərini bilirmiş kimi davranırlar. Ayrıca, qarışqaların qatran toplayarkən birlikdə çalışması yuvanın ümumi sağlamlığını düşündüklərini də ortaya qoyur. Bu ağıllı davranışlar Allahın qarışqalara ilhamı ilə reallaşır. Xəstəlikləri yuvalarından uzaq tutmaq üçün qatran yığan hər bir qarışqa uca Allahın nəzarəti altındadır.


Tarix: 09.12.2014 / 15:28 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Heyvanlar aləmi