Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göydələnlər tikən kor termitlər

Termitlər qarışqa kimi kiçik böcəklərdir, amma buna baxmayarıq onlar çox bacarıqlıdır. Bu kiçik canlılar qülləyə bənzər hündür yuvalar hazırlayırlar. Xarici görünüşdən sadə görünən bu qüllələr, heçdə sadə deyildir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar olur. ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya sisteminin olmasıdır. Termitlərin dərisi çox incə olduğu üçün onların rütubətli havaya ehtiyacı var. Buna görədə onlar yuvanın içindəki hərarəti və rütubəti müəyyən bir tarazlıqda saxlamalıdırlar. əks təqdirdə ölə bilərlər. Termitlər bunu necə edir bes? - termitlər havanı yuvanın içində xüsusi kanallarla dövr etdirərək və yer altında qazdıqları tunellərdən gələn sudan istifadə edərək hərarəti və rütubəti tənzimləyirlər. Təbii ki , bunlar çox çətin işləridir, eyni zamanda düşündürücü işlərdir. Bu termitlərin gördüyü bir çox işin kiçik bir hissəsidir.
Termitlərin xüsusiyyətlərindəm biri də uzunluğu bəzən 7 m çatan yuvalarını çox yaxşı qorumaqlarıdır. Yuvanın divarlarında bir dəlik açıldığı anda həyəcan siqnalı verilir. Keşikçilər başlarını divara vuraraq təhlükə yarandığını xəbər verir və vəziyyəti koloniyanın bütün üzvlərinə bildirirlər. Bundan sonra surfələr qorunur və yuvanın daha təhlükəsiz yerlərinə aparılır. Ata və ana termitin olduğu otağın girişləri də sürətlə divarlarla örtülür. Uçulan hissə həmin anda hərbçi termitlər tərəfindən əhatə olunur. Divarın təmiri üçün lazım olan materialı daşıyan işçilər onları izləyir. Bir neçə saat ərzində uçulmuş hissənin üzəri bir yığınla örtülür. Sonra isə içindəki hissələri bərpa etməyə başalyırlar. Termitlər çox planlı şəkildə hərəkət edir və her kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir.
Həmçinin termitlərin çox qısa müddət ərzində bu işləri görə bilməsindən bizə aydın olur ki, onların arasında mükəmməl bir əlaqə var. Lakin termitlərlə bağlı daha heyrətamiz bir məkumatda var: bütün bu nizam - intizamı yaradan, göydələnə bənzər yuvalar tikən, yuvalarını qorumaq üçün təhlükəsizlik tədbirləri görən termitlər əslində. KOR CANLILARDIR.
Onlar bütün bu işləri yerinə yetirərkən heç bir şey görmürlər. Bəs bu canlıların bu qədər bacarıqlı olmasının və plan qurmasının səbəbi nədir? - sualına təkamülçülər təsadüfən cavabını verir.Lakin bu səhv cavabdır.
Allah Quran ayələrində belə məsələlər haqqında düşünməyimiz üçün bəzi heyvanlardan nümünələr vermişdir. Termitlər də Allahın onlara öyrətdiyi , yəni vəhy etdiyi kimi yaşayırlar. Hətta qarşılarını görməyən bu canlılar arasında qüsursuz bir əlaqə yaradan, onlara nələr edəcəklərini öyrədən, yuvadakı milyonlarla termitin hər birinin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini təmin edən Rəbbimizdir.


Tarix: 09.12.2014 / 14:36 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Heyvanlar aləmi
loading...