Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zürafə | Ən uzun boyunlu heyvan

Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.Zürafə
Lakin bu dəfə də başqa bir çətin vəziyyətlə qarşı-qarşıya qalırlar ki, o da su içmək üçün əyilərkən əslində qan təzyiqinə tab gətirməyərək beyin qanamasından ölə bilmə təhlükəsidir. Ancaq boyunlarındakı mükəmməl sistem sayəsində bu risk tamamilə aradan qaldırılmışdır. Yerə əyilərkən boyun damarlarında olan qapaqlar bağlanaraq beyinə həddən artıq qan getməsinə mane olur.Şübhəsiz zürafələr bu xüsusiyyətləri öz ehtiyaclarına görə planlayaraq qazanmamışlar. Bu mühüm xüsusiyyətlərin yavaş-yavaş işləyən təkamül prosesi ilə əmələ gəldiyini söyləməyimiz də mümkün deyildir. Çünki bir zürafənin yaşaya bilməsi üçün qanı beyninə çatdıracaq nasoslama sisteminə və əyildiyi zaman ani qan təzyiqini əngəlləyəcək qapaq sisteminə sahib olması zəruridir. Bunlardan biri olmasa və ya tam çalışmasa, zürafənin yaşaması qeyri-mümkün olacaqdır.Bütün bunlardan başa düşdüyümüz kimi, zürafənin yaşaması üçün lazım olan bütün xüsusiyyətləri ilə birlikdə dünyaya gəlməsidir. Hələ var olmayan bir canlının öz bədəninə hakim olub lazım olan xüsusiyyətlərə şüurlu şəkildə sahib olması isə şübhəsiz mümkün deyildir. Bütün bunlar zürafələrin üstün güc sahibi Allah tərəfindən yaradıldığını açıq şəkildə isbat edir.


Tarix: 09.12.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Heyvanlar aləmi
loading...