Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Heyvanlar aləmiSəhradakı həyat

Gündüz 50-60 dərəcəyə çatan hədsiz isti, gecə isə dondurucu soyuq, həftələrlə, hətta aylarla sürən quraqlıq və çox az qida... belə bir vəziyyətdə həyat sürməyin mümkün olmadığını düşünə bilərsiniz. Haqqında danışdığımız bu çətinliklərlə bol olan yer səhralardır və düşündüyünüzün əksinə olaraq burada bir çox canlılar yaşayır. Bunlara bir neçə örnək göstərə bilərik.
Səhra canlılarından biri tülkülərin ən kiçiyi olan açıq sarı rəngli tülküdür. Bu tülkü cinsinin qulaqları başqalarına nisbətən çox böyükdür. Bu geniş qulaqlar Afrika və Ərəbistanın qumlu səhralarında yaşayan tülkünün işinə çox yarayır. Məsələn, tülkü ovunun yerini öz həssas qulaqları ilə dərhal meəyyən edir. Eyni zamandan qulaqlar hədsiz qızmağın qarşısını Ardı »

Heyvanlar aləmiMükəmməl eşitmə sisteminə malik güvələr

Bir heyvan həyatda qalmaq üçün düşmənini və ya ovunu müəyyən etməlidir. Bunun üçün qarşısındakı canlını çox yaxşı tanımalıdır. Bu baxımdan güvələr ən böyük düşmənlərinin, yəni yarasaların yem ovlayarkən istifadə etdikləri yüksək tezlikli səsləri eşidib tanıma xüsusiyyətlərinə malikdirlər.

Güvəyə bu xüsusiyyəti qazandıran mərkəzi sinir sistemini öyrənmək və güvənin yarasadan necə xilas olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparan Tafts Universitetindən bir neçə tələbə və elm adamı gecə güvələrinin mərkəzi sinir sistemini tədqiq edərək möcüzəvi nəticələr əldə etdilər. Tədqiqatlar nəticəsində güvələrin qulaqlarındakı xüsusi sistemlə yarasalardan qorunduqları məlum oldu. Sadə görünən bu sistem, əslində, güvənin ultrasəs dalğalarını eşitməsini təmin edən mükəmməl quruluşa malikdir.

Yarasalar qaranlıqda necə Ardı »

Heyvanlar aləmiBayquşlar başlarını necə 270 dərəcə çevirir

ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa Ardı »

Heyvanlar aləmiSəhraların möcüzəvi canlısı | Dəvə

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?

Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?

Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?

Dəvələr haqqındakı Quran möcüzəsi necədir?

Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” gözəlləşdirən, gözəllik verən mənalarındadır. Bədənindəki hər təfərrüat bir yaradılış möcüzəsi olan dəvəni uca Allah, həqiqətən, mənası kimi insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.

Uca Allahın Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkdiyi dəvə Rəbbimizin mükəmməl yaratma sənətini göstərən möcüzəvi xüsusiyyətlərə malikdir.

Dəvənin burnu Afrikanın ən böyük enerji layihəsinə ilham mənbəyi olub

Dəvələrin yaşadığı qızmar səhralarda Ardı »

Heyvanlar aləmiMaraqlı bir canlı: nautilus

Yəqin ki, hamınız sualtı gəmiləri televizorlarda, qəzət və jurnallarda görmüsünüz. Olduqca dərinliklərə enərək hiss olunmadan hərəkət edə bilən bu texnoloji mexanizmlərdən ölkələrin təhlükəsizliyini təmin etməkdə və bəzi elmi araşdırmalarda istifadə olunur. Sualtı gəmilərin işləmə sistemi aşağıdakı kimidir. Sualtı gəmilərdə mövcud olan xüsusi dalma sisternləri su ilə dolduqda gəmi sudan daha ağır olur və dibə dalır. əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxır.
Indi isə sizi sualtı gəmilərdə olan bu sistemdən istifadə edərək hərəkət edən çox maraqlı bir canlı ilə tanış edim. Bu canlı nautilusdur. Nautilus xitin örtüklü bir dəniz heyvanı olub sualtı gəmilər kimi suya Ardı »

Heyvanlar aləmiARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

ARILARIN ELM ADAMLARINA QƏLƏBƏSİ

Arılar pətəklərini ikitərəfli tikirlər. Altıbucaqlı prizma formasındakı pətək yuvaları dibdə digər tərəfin yuvaları ilə birləşir. Arıların inşa etdiyi pətəklər hər cəhətdən qüsursuz dizayna malikdir. Ancaq pətək yuvalarının birləşmə hissələrində başqa bir dizayn möcüzəsi var.

Arı pətəyinin quruluşunu tədqiq edən elm adamları ağlasığmaz riyazi hesablamalara heyran qalırlar. Çünki bu həddindən artıq mürəkkəb riyazi əməliyyatlar tələb edən bir dizayndır. Koniqin apardığı hesablamaya əsasən ən qüsursuz pətək üçün dibdəki bucaqlar 109 dərəcə 26 dəqiqə və 70 dərəcə 34 dəqiqəlik olmalıdır.

Bəs arılar pətəklərini hansı bucaq altında hörürlər? http://www.youtube.com/watch?v ... SD-DM

Aparılan ölçmələrdə arıların pətək inşa edərkən düz 109 dərəcə 28 dəqiqəlik və 70 dərəcə 32 Ardı »

Heyvanlar aləmiFlaminqolardakı dizayn

Göz oxşayan rəngləri və estetik görüntüləri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, eyni zamanda, yuva qurmaq üçün də əhəmiyyətlidir.

Bu quşların tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Yedikləri alfa-karotinli və beta-karotinli qidalar tüklərin rəngini müəyyən edir.

Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlılarısudansüzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.

Flaminqolar koloniyada cüt-cüt yaşayırlar. Cütlər hər il törəmirlər. Törəmək üçün müəyyən dövr yoxdur. Yağış yağan zaman cütləşmə üçün uyğun olur. Çünki yuvanın istehsalı yağış yağdığı dövrlərdə daha asan olur. Ayrıca, Ardı »

Heyvanlar aləmiİtlər haqda maraqlı faktlar

Siz ola bilsin düşünürsünüz ki, itinizlə bağlı hər şeyi bilirsiniz, lakin əmin ola bilərsiniz ki, hələ bilmədiyiniz çoxlu faktlar var. Aşağıdakı faktları çox güman ki, əvvəllər eşitməmisiniz.

1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.

2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.

3. Hər kəs öz itinin nə qədər yaşayacağını onun üz cizgilərinə görə hesablaya bilər. Uzun və sivri üzü olan itlər yastı üzü Ardı »