beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qanadları olmadan uçan və havada süzən canlılar

Allahın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.

Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur.

Uçan qarışqa


Uçan qarışqalar hamının tanıdığı qanadlı qarışqalardan fərqlidir. Çünki bu həşəratların uçmaq üçün yaradılmış qanadları yoxdur. Lakin Rəbbimiz onlara havada süzmək bacarığını ilham edib. Ona görə, yaşadıqları yerdəki ağacların birindən yıxıldıqda “J” formasını alaraq havada süzür və başqa ağacdan yapışır, canlılara yem olmaqdan xilas olurlar.

Uçan lemur


Uçan lemurlar havada süzən məməlilər arasında ən mükəmməl qanadabənzər dəriyə malikdirlər. Allah bu canlıları çənələrinin altından dırnaqlarına, ön ayaqlarından arxa ayaqlarına, arxa ayaqlarından quyruqlarının ucuna qədər uzanan dəri ilə örtüb. Bədəni başdan-ayağa örtən bu dəri lemura uçarkən itələmə qüvvəsi verir. Möhkəm dırnaqları isə ağacların dik gövdələrinə endikdə asanlıqla yapışmasına imkan verir.

Uçan sincab


Avstraliyada yaşayan, boyu 45-90 sm olan uçan sincabların bütün növləri ağaclarda yaşayır. Əslində, uçmurlar. Bir ağacdan digərinə uzun məsafədən tullanırlar. Ağaclar arasında planer kimi uçaraq hərəkət edən bu canlıların qanadları yoxdur, ayaqları arasında uçmaq üçün pərdə var. Uçan sincabların bir növü olan şəkər uçan sincablarında ön ayaqlarla arxa ayaqlar arasında uçmaq üçün dar pərdə var. Pərdənin üstü saçağa bənzər tüklərlə örtülüdür. Bəzi növlərdə isə bu pərdə kürklü dəridən ibarətdir. Bu pərdə ön ayağın topuğuna qədər uzanır. Uçan sincab ağacın gövdəsindən tullanır və gərilərək planerə bənzəyən dərinin təsiri ilə havada30 mməsafə qət edir. Uçan sincab bu xüsusiyyəti ilə quşlar və həşəratlar istisna olmaqla uça bilən heyvanlar arasında ən uzaq məsafə qət edən canlıdır.

Sincab çətin hərəkətləri arxa ayaqları, məsafəni çox yaxşı müəyyən edən iti gözləri, güclü pəncələri və müvazinətini qoruyan quyruğu ilə bacarır.

Uçan qurbağa


Allah yaratdığı canlılara çox maraqlı xüsusiyyətlər bəxş edib. Qeyri-adi hərəkətlər edən canlılardan biri də Borneo və Sumatraadalarının sıx meşələrində yaşayan qurbağa növüdür. İncə ayaqları və barmaqlarının arasında pərdə olan bu kiçik ağac qurbağasının ən əsas xüsusiyyəti pərdəli ayaqları ilə havada süzərək uçmasıdır. Ağacların üstündən uçarkən enişi yavaşlatmaq istədikdə ayaqlarından 4 ədəd paraşüt kimi istifadə edir. Ayaq barmaqları arasındakı pərdələri açaraq bədən səthinin sahəsini iki dəfə artırır. Uçan qurbağalar havada12 msüzə bilirlər. Hətta ayaqlarını hərəkət etdirərək və pərdəli ayaqlarının mövqeyini dəyişdirərək istiqamətlərini də tənzimləyirlər.


Ucan ilan


Cənub-şərqi Asiyada yaşayan bir ilan növü qanadları və havada süzməyə kömək edən bədən üzvləri olmadığı halda, 20 m-dən çox uçur. Yetkin fərdlərinin uzunluğu 1 metrə çatan bu ilanların havada süzmək bacarığı mükəmməl aerodinamik sistemə əsaslanır.

İlan, əvvəlcə, bir budaqdan aşağıya sallanır. Bu zaman bədəni J hərfi formasına düşür. Birdən yuxarıya doğru hərəkətə keçib özünü budaqdan buraxır. Bədənini dümdüz formaya salıb başını yastıladır. Bu, gürzənin yastı ənsəsinə bənzəyir. Bu şəkildə ilanın bədən səthinin sahəsi təqribən iki dəfə artır. İlan sürətini artırdıqca başını və quyruğunun ucunu ortaya doğru qaldırır və bir ucundan digər ucuna “S” formasında dalğalanır. İlanın bu hərəkəti stolun üstündəki qamçının bir ucundan dalğalandırılmasına bənzəyir.

İlanın tullanması başqa heç bir canlıda rast gəlinməyən sistemə əsaslanır. Havada süzməyə imkan verən bu sistem, eyni zamanda, yerə yavaşca enməyi də mümkün edir.

İlanlar manevrlə yanaşı, havaya qalxarkən üstün qabiliyyət nümayiş etdirir. Havaya qalxarkən 1 saniyənin 1/10-dən az müddətdə özünü sürətlə irəliyə doğru itələyir. Bu qısa müddətdə bədənin lazımi formaya düşməsi üçün sinir hüceyrələri və əzələlər arasında mükəmməl mütəşəkkillik baş verir.

Sinir-əzələ tənzimləməsi sinir sistemi ilə əzələlər arasında xəbərləşməyə əsasən, təsir-əks təsir mexanizmi əsasında olur. Bu sayədə minlərlə əzələ lifi eyni zamanda hərəkət edir və ilan havada süzür. Tədqiqatçılar bu hərəkətdə iki müxtəlif əzələ növünün iştirak etdiyini təxmin edirlər.

İlan havada olduqda bir əzələ qrupu bədəni yastılaşdırır, digər əzələ qrupu havadakı “S” şəkilli dalğalanma hərəkətini tənzimləyir. Bu iki əzələ qrupu sinir hüceyrələrindən gələn impulslara görə uyğun şəkildə gərilir. Sinir hüceyrələrindən bu əzələlərə hər an çoxlu sayda əmr göndərilir. Ancaq ilanın sinir hüceyrələrindən əzələlərinə birtərəfli impulslar kifayət deyil. Əzələlərin verilən əmrə əsasən aldığı vəziyyət sinir hüceyrələrinə ötürülərək mükəmməl nəzarət mexanizmi təmin olunur.

İlanın bu qabiliyyəti və sinir-əzələ sisteminin quruluşu mükəmməl yaradılış nümunələrindən biridir.

Uçan kərtənkələ


Tropik meşələrdə yaşayan hər heyvana özünəməxsus hərəkət qabiliyyəti var. Bunlardan biri də ayaqlarının arasında dəri olan uçan kərtənkələdir. Bu dəri sayəsində uçan kərtənkələlər iki ağac arasında 60 metrə qədər havada süzərək uçurlar.



Uçan skat


Bir tondan çox çəkisi olmasına baxmayaraq, dəniz səthindən2 mhavaya qalxıb süzən Mobula skatları Allahın müxtəliflik sənətinin ən gözəl nümunələrindən biridir.

Planktonlarla zəngin olan Meksikanın şərq sahilində Kaliforniya körfəzində bu canlılar yüngülcə suyun səthinə tullanırlar. Bu hərəkətin səbəbi hələ məlum olmasa da, elm adamları skatların bu hərəkətləri bədənlərinə yapışan parazit balıqları təmizləmək, qida axtarmaq və ya titrəyişə həssas ovlarını qorxudaraq digər skatların ağzına doğru istiqamətləndirmək üçün etdiklərini düşünürlər. Skatları tədqiq edən bəzi tədqiqatçılar bu canlıların suyun altında ovlarını tutmaq üçün etdikləri hərəkətləri suyun üstündə də edərək ovlarını dar sahəyə sıxışdırdıqlarını və başlarının hər iki tərəfindəki çıxıntılarla ağızlarına doğru istiqamətləndirdiklərini müəyyən ediblər.

Uçan balıq

50 cinsdən ibarət ailəyə aid olan bu balıqlar dənizdən çıxıb saatda 42 mil sürətlə uçurlar. Üzgəclərindən qanad kimi istifadə edib qısa məsafələri uçaraq qət edən bu balıqlar 1.5-2.5 mqədər hündürlüyə qalxa bilirlər. Maraqlıdır ki, bu balıqlar dənizdən kənara sıçradıqda nəfəs almamağın lazım gəldiyini bilirlər. Allahın ilhamı ilə bu qabiliyyətləri sayəsində milyonlarla ildir yaşayan bu canlılar yaradılış möcüzəsidir və çox mükəmməl varlıqlardır.

Yaşı 100 milyon il olan uçan balıq fosilləri bu canlıların milyon illər boyu heç dəyişmədiklərini sübut edir

Uçan mürəkkəb balığı


Əksər hallarda uçan balıqlarla qarışdırılsa da, mürəkkəb balıqlarının bu növü uçan balıqlardan fərqli olaraq tərsinə uçurlar. Yırtıcılara yem olmaqdan xilas olmaq üçün dəniz səthindən20 mhündürlüyə qədər tullana bilən mürəkkəb balıqları havada olarkən üzgəclərindən qanad kimi istifadə edib müvazinətlərini qoruyur və sürətlərini tənzimləyirlər.


Tarix: 09.12.2014 / 15:18 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Heyvanlar aləmi