Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sədaqətli canavarlar

İnsanlar canavarlar haqqında nə bilir? Hər kəs onları qəddar, xain, təhlükəli, məkrli bilir və fikirləşir ki, onları məhv eləmək lazımdır. Bunu onları tanımayanlar belə düşünür. Əslində canavarlar çox nadir hallarda insanlara hücum edirlər. Onlar yalnız ac qalmamaq üçün ov edirlər və qətiyyən insanlarla işləri yoxdur. Təklif edirəm ki, canavarların bu zəngin və əslində məsum olan dünyasına birgə səyahət edək.
canavar (qurd)



Canavarlar artıq milyon ildən artıqdır ki dünyada yaşayırlar, hətta itlər də canavarların törəməsidir.



Canavar cinsinə daxildir: kayut, çaqqal, bütün növ itlər, canavarlar. itlər kimi canavarlar da çox yola gedən və tez örədilə bilən heyvanlardır. Hər canavar özünəməxsus keyfiyyətə malikdir, bəzirləri ehtiyatlı, bəziləri cəsarətli, özünəgüvənəndir, onlar canavar sürüsündə sərbəst yaşayır, heç kimin təsirinə düşmür, başqalarından isə səs-soraq belə çıxmır.



Canavarlar Şimal yarımkürəsində dağlarda, meşələrdə düzlərdə yaşayırlar. Hər canlı kimi onlar da öz təbətdə yuvasını qurur.yaşadıqları yerlərdə canavarlar iri məməliləri ov edən iri qrupları təşkil edirlər.

boz Qurd-türklərin simvolu

Canavar böyükdürmü? - "Böyük" canav üçün düzgün ölçe meyarı deyil. Adətən erkək canavarlar 50 kq, dişilər isə ondan 5 kq az olur. Hündürlüyü 75sm, uznluğu isə 1,5 - 2m olur.

canavarlar (wolfs)

Canavarlar ictimai heyvanlardır, onlar ailə şəklində yaşayırlar. Hər sürüdə hərənin öz rütbəsi var hər kəs öz yerini yaxşı tanıyır. Cəsur və güclü canavarlar rəhbərlik edir, güclü dayağa etiyacı olan zəiflər isə tabe olur . Canavar ailəsinə adətən bir erkək və bir dişi canavar liderlik edir, canavar ailesində 6-dan 15-ə qədər üzv ola bilər. Canavarın başçılıq etdiyi ailədə adətən üzvlər bir-biri ilə dalaşmır, yalnız kənardan gələr yaxud ailə sərhədlərini pozub tabe olmayaq istemeyen canavar -yalquzaqlarla" tez-tez mübahisələr düşür.

yalquzaq qurd

Hər canavar sürüsü yalnız öz ərazisində ov edir, qonşularını da barədə xəbərdar edir, əgər kimsə əraziyə daxil olmaq istəsə cəzalanır. Bəzən elə olur ki dəstə üzvlərindən biri dəstədən qovulur, yaxud özü tabe olma qistəmir sıranı tərk edir və yalnız yaşamağa başlayır. Yəqin ki, "Odinokiy Volk" sozunu eşitmisiniz insanlardan qaçan adamları adətən belə çağırırlar. Yalnız canavarlar əgər yalnı dişi canavara rast gəlsə öz sürüsünü yarada bilər.

vəhşi heyvan-canavar

ağ canavar (white wolf)

Başçılıq edən canavarların quyruğu daim yuxanrı, tabe olanların quyruğu aşağı ən zəiflərinki isə bədənlərinə sıxlmış formada olur.

snow wolf

Canavarlar çox sədaqətli heyvanlardır. onlar sürüdəki yoldaşlarına çox tez öyrəşirlər. öz hisslərini onlar mimika və bədən hərəkətləri ilə gostərirlər. Ən zərif hisslərini göstərmək üçün olar bir-birini yalayır və ya çənəsini bir-birinə sürtür.

heyvanlar aləmi

Canavarlar əsl ov üçün yaranmış heyvanlardır. Qışda canavr qar ustə qoyduğu iz düz xətt kimidir. O arxa ayağını eyənən qabaqkının yerinə qoyur ona görə də lap qalın qar örtüyü belə olsa onlar çox rahatlıqla qaçıb gizlənə bilər. Canavarların silahı onların dişləridir. Onların 42 dişi var .

ağ canavar-heyvanlar gözəli

Canavarlar heç də həmişə vəhşi ovlar etmirlər, onlar öz ailəsində çox mehriban olub müxtəlif oyunlar da oynaya bilirlər.


Tarix: 09.12.2014 / 14:44 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Heyvanlar aləmi
loading...