beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən güclü yaddaşa sahib Sidrquşu

İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 kmuzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. O, bu toxumların yerini əzbərləməlidir, çünki növbəti aylarda qidalanmaq üçün əzbərlədiyi xəritəsinə ehtiyacı olacaq. Əgər basdırdığı toxumların yerini xatırlamazsa, yaşaya bilməz. Amma bir problem də qalır. Qoyduğu işarələrin yerini ayrı-ayrı yadda saxlaması çətinləşir, çünki qar yağandan sonra görüntü tamamilə dəyişir. Yəni qar yağarkən qoyduğu işarələr də itir. Lakin bu vəziyyət quşu çaşdırmır və sidrquşu basdırdığı 100 minə yaxın toxumun 90%-ni tapır.
Məsələnin digər hikmətli tərəfi ondan ibarətdir ki, quşun tapa bilmədiyi toxumlar həm də ağacların say artımını təmin edir.


Tarix: 09.12.2014 / 15:02 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Heyvanlar aləmi