beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədə dərmanlarını özləri istehsal edən timsahlar

Öz bədən ağırlığının təxminən 23%-i qədər yemək yeyən timsahlar heç vaxt mədələrində narahatlıq hiss etmirlər. Çünki mədə dərmanlarını özləri istehsal edirlər. Üstəlik, bunu müasir dövrdə istehsal edilən bəzi mədə dərmanları ilə eyni xammaldan istifadə edərək edirlər. Bu dərmanı qanlarının axma istiqamətini dəyişdirərək əldə edirlər.

İnsan, məməli və quş damarlarının timsahlarda olduğu kimi, xüsusi axma sistemi yoxdur. Sol aorta damarı timsahlardan başqa bütün canlılarda karbondioksidi daşıyan çirkli qanın ürəyin sağ tərəfindən nasosla vurularaq ağciyərlərə çatmasını və buradan karbondioksid alaraq ağciyərlərdən kənara atılmasını təmin edir.

Timsahlar isə sol aorta damarından istədikləri kimi istifadə edirlər. Yeməkləri həzm edərkən qanın normal axma istiqamətini dəyişdirərək karbondioksidlə zəngin olan qanı mədələrinə göndərirlər. Çünki ifrazat vəzlərinin həzm üçün mədə turşusuna, bikarbonat ifraz etmək üçün karbondioksidə ehtiyacı var.


Tarix: 09.12.2014 / 15:18 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Heyvanlar aləmi