Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mərcanların heyrətamiz rəng nümayişi

Onurğasız canlılar olan mərcanlar sahib olduqları rəng müxtəlifliyini ilə sanki rəng nümayiş etdirirlər. Zooloq Fanny Houlbreque və tədqiqat qrupu son araşdırmalarında bu heyrətamiz rəng nümayişinin səbəbini ortaya çıxarmışlar.

Aparılan araşdırmaya görə, mərcanlar yalnız yaxşı qidalandıqda canlı rəngə bürünürlər. Təcrübələrində mərcanların bir qismini ac saxlayan, bir qismini də kiçik xərçənglərlə qidalandıran zooloqlar mərcanların içində yaşayan və onlara rənglərini verən yosunların mərcanların normal qidalandığı zaman sürətlə çoxaldığını təsbit etdilər.

Araşdırmanın nəticəsi heyrətamizdir. Mərcanlar yaxşı qidalandıqda mərcan yosunları da yaxşı qidalanmış və yosunların çoxalmalarına səbəb olmuşdur. Nəticədə, mərcanlar daha gözəl rəng almışlar.


Tarix: 09.12.2014 / 15:11 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Heyvanlar aləmi
loading...