Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik mühəndis quşlar

Ağacların üstündə və ya gövdəsində, bəzən də eyvanınızın bir küncündə qurulan quş yuvalarını yəqin ki, çox görmüsünüz. Nunlar yalnız sizin bildiyiniz bir neçə quş növlərinin yuvasıdır. Amma yer üzərində o qədər quş növü yaşayır və onlar o qədər müxtəlif yuvalar qurur ki, bu, artıq üzərində düşünülməsi lazım gələn bir mövzudur.
əsasən bütün quşlar yuvalarını mühitin təbii şərtlərinə uyğun qurur. Məsələn, dəniz kənarında yaşayan quşları düşünək. Belə quşlar yuvalarını suyun üzərində və onların batmayacağı şəkildə qurur. Onların istifadə etdiyi material, yuvaya verdiyi forma xüsusu olaraq planlaşdırılmışdır. Beləliklə, su yüksəldiyi zaman yuva və içindəki quşun balaları bundan zərər çəkmir. Bu canlılar doğulduğu andan etibarən heç bir təhsil almadan bu yuvaları qura bilmək qabiliyyətinə malikdir. Belə bir işi müəyyən vaxt ərzində öyrənmələri də mümkün deyil, çünki sınaqdan keçirmək məqsədilə etsələr, suyun qalxması ilə bata bilərlər. Ümumiyyətlə isə belə bir fikir doğru deyil, çünki doğulduqları gündən etibarən dəniz kənarında yaşayan quşların hər biri yuvalarını eyni şəkildə hazırlayırlar. Qamışlıq ərazilərdə yaşayan bəzi quşlar isə yumurtalarının küləyin təsiri ilə yuvadan yerə düşməməsi üçün yuvalarının divarlarını hündür hazırlayırlar. Yumurtasını belə diqqətlə qoruyan bu quş yumurtanın düşüb sınma təhlükəsini necə dərk edir? Burada quşun son dərəcə düşünülmüş və ehtiyatlı davrandığını görürük.
Quraqlıq ərazilərdə yaşayan başqa bir quş növü isə yuvasını torpaq üzərində deyil, tikanlıqda qurur. Çünki buradakı istilik torpaqda olan istiliyə nisbətən 10 dərəcə azdır. Insanların çoxu torpağın və tikanlıqların nə qədər isindiyini və bunların arasında bir istilik fərqi olduğunu bilmir. Amma bu quşlar bunu bilir və ən sərin yerdə yuva quraraq özlərini və balalarını yandırıcı istidən qoruyurlar.
Heç fikirləşdinizmi, düşüncəsi və şüuru olmayan quşlar belə incə məqamları necə hesablayırlar?
Quşların bu davranışı bu sahədə illərlə təhsil alan mühəndislərin davranışına bənzəyir. Bir ev tikildiyi zaman mühəndislər tərəfindən onun möhkəmliyi, materialı və tikiləcəyi yerin təyin edilməsi kimi təfsilatlar diqqətlə hesablanır və yalnız bundan sonra inşaata başlanılır. Burada verdiyimiz bir- iki nümunədən də gördüyümüz kimi, quşlar yuvalarını müəyyən bir plana əsasən qurur, lakin heç bir vasitəyə, materiala və təhsilə ehtiyac duymurlar. Allahın onlara verdiyi ilhamla hərəkət edərək bütün bunları asanlıqla hazırlayırlar. Bu quşlar və onların gördüyü işlər Allahın qüsursuz yaratmasının bir dəlilidir.


Tarix: 09.12.2014 / 14:42 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Heyvanlar aləmi
loading...