beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Delfinlər

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxu əsnasında beyninin sağ və sol yarım kürələrini təxminən 15 dəqiqə arayla növbəli istifadə edir. Bir yarım kürə yatarkən, digəri heyvanın səthə çıxaraq nəfəs almasına nəzarət edir.delfinlər

Delfinlər balıqlar kimi su içində nəfəs alıb verə bilməzlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı olaraq su səthinə çıxırlar. Başlarının üstündə hava alıb vermələrini təmin edən dəlik var. Delfinlərin bədəni elə mükəmməl bir quruluşa malikdir ki, heyvan suya daldığında bu dəlik qapaq tərəfindən avtomatik örtülür və bunun sayəsində içəri su girmir. Su səthinə çıxdıqda isə qapaq avtomatik açılır. Heyvanlar içində yalnız delfinlərə özəl olan bu quruluş üstün bir yaradılışın açıq dəlillərindəndir. Allah hər canlı kimi delfinləri də içində olduqları şəraitə ən uyğun bədən strukturlarıyla birlikdə yaratmışdır.


Tarix: 09.12.2014 / 14:45 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Heyvanlar aləmi