beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cücələr də saymağı bacarırlar

Cücələr insandan daha tez, üstəlik heç kim tərəfindən öyrədilmədiyi halda saymağı bacarırlar.

Bunu İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol 20 il ərzində apardığı araşdırmalara əsasən bildirmişdir.

Belə ki, onun apardığı elmi təcrübələrə əsasən məlum olub ki, cücə yumurtadan çıxandan cəmi bir neçə saat sonra 5-ə qədər saya bilir. Təcrübə zamanı cücələri 2 yuvanın yanına yerləşdirmişdilər. Yuvanın birində çox, digərinə isə nisbətən az sayda yumurta qoyulmuşdur. Cücələr yumurtanın çox olduğu yuvanı seçmişlər. Hətta cücələri çaşdırmaq üçün yuvaların yerini və yumurtaların sayını belə dəyişmişlər, amma nəticə eyni olmuşdur – yenə də yumurtanın çox olduğu yuvanı seçmişlər.

Bununla yanaşı elmi təcrübələr zamanı məlum olmuşdur ki, cücələrin fizika üzrə də müəyyən bilgiləri vardır, belə ki, görüntü sahəsindən yoxa çıxmış obyektin mövcud olduğunu bilirlər. Halbuki, bir yaşa qədər olan körpələr bunu bilmir. Amma cücələr artıq 2 həftəliyində Günəşə görə olduğu yeri müəyyən etmək qabiliyyətinə malik olurlar.

İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol elmi təcrübələrin nəticələri haqqında bunları bildirmişdir: “Toyuqlar yəqin ki, böyük riyazi kəşflər etməyəcəklər və ədəbiyyat sahəsinə də bir töhfə verməyəcəklər, amma onlar aylar və illər ərzində vərdişlərə yiyələnən və bacarıqlarını inkişaf etdirən uşaqardan daha tez bunlara nail olurlar.”

Bu barədə “The Daily Mail” xəbər verdi.


Tarix: 09.12.2014 / 15:20 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Heyvanlar aləmi