Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fizikanın qanunlarını bilən kəpənəklər

Kəpənəklərin bəzəkli xarici görünüşü hər kəsin çox xoşuna gəlir. Rəngli qanaqdları, zərif uçuşları ilə təbii bir gözəllik olan bu canlılar Allahın bizim üçün yaratdığı gözəlliklərdən biridir. Olduqca qısa ömür sürmələrinə baxmayaraq bu canlılar bəzən bir mütəxəssis kimi hesablama aparır. Məsələn, uçmaq üçün kəpənəklərin bədəni müəyyən bir temperaturda olmalıdır. Bunun üçün kəpənəklərin nələr etdiklərini birlikdə öyrənək.
Colias kəpənəyi adlandırılan bir növ bədən temperaturu 28 dərəcədən aşağı olsa, uca bilməz. Belə halda kəpənək dərhal qanaqlarını açır və arxası günəşə doğru, şüaları şaquli alacaq şəkildə dayanır. Kəpənək kifayət qədər isinib bədən temperaturunu 40 dərəcəyə çatdıranda öz ətrafında 90 dərəcə dönür. Beləliklə, günəş şüalarını üfüqi formada da alır. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Həmçinin kəpənəyin bədən temperaturu enməyə başlayır.
Bundan başqa, bu cins kəpənəklərin qanadlarında kiçik qara ləkələr olur. Bu ləkələr də temperaturu kəpənəyin bədənində toplamaq funksiyasını daşıyır. Lakin bu ləkələrdə təsadüfi yerlərdə deyil. Bunlar bədənin isinməyə ən çox ehtiyacı olan hissələrində yerləşdirilib. Bu quruluş sayəsində qanadlardakı tez isinən kiçik ləkələrdən başqa hissələrə istiliyin nəqli asanlaşır. Çünki istiliyi ötürmək üçün lazım olan məsafə qısalmışdır.
Başqa bir kəpənək cinsi də bədəninin temperaturunu artırmaq üçün buna bənzər üsuldan istifadə edir. Linzalar haqqında hamınızın məlumatı var. Onların bəzilərindən cisimləri böyütmək, digərlərindən isə kiçiltmək üçün istifadə olunur. Məsələn, eynək şüşələri bir linzadır. Günəş işığının qarşısına tutlan linza isə istiliyi müəyyən bir nöqtədə toplaya bilir. Hətta bu üsulla od yandırmaqda mümkündür. Pieris növündən olan kəpənək isə isə qanadlarını elə bir vəziyyətdə saxlayır ki, eynilə linza kimi bütün şüaları bədəninin ən çox isinməsi lazım olan yerlərində toplaya bilir.


Tarix: 09.12.2014 / 14:42 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Heyvanlar aləmi
loading...