beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuq dolması resepti

Tərkibi:
8 ədəd toyuq budu
1 stəkan göy noxud
2 ədəd kök
1 ədəd orta ölçülü kartof
2 xörək qaşığı rəndələnilmiş kaşar pendiri
2 xörək qaşığı doğranmış şüyüd
1 ədəd orta ölçülü quru soğan
1 xörək qaşığı marqarin
Qara bibər
Duz

Hazırlanması:
Toyuq budunun uc qisimlərindəki sümüyü bıçaq köməyiylə çıxarın. Tavada marqarini əridin və xırda doğradığınız soğanları, bənövşəyiləşənə qədər qovurun.
İçinə kiçik-kiçik doğradığınız kartofları və kökləri atıb 4-5 dəqiqə də az odda qovurun. Qovurduğunuz kartof və köklərin içinə göy noxud, doğranmış şüyüd, qara bibər, duz və 1 stəkan su əlavə edib 15 dəqiqə bişirin. Budun uc qisimlərində olan boşluğun içinə, hazırladığınız göy noxudlu içlikdən 1 xörək qaşığı qoyub, ucundan bağlayın. İçlərini doldurduğunuz budları soba qabına yerləşdirib, 1 stəkan su gəzdirin üzərlərinə. 175 dərəcəlik sobada 90 dəqiqə bişirib plovla servis edin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:58 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Dolmalar