beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badımcan dolması

Qoyun əti – 163 q,

badımcan – 300q,

baş soğan – 20 q,

ərinmiş yağ – 20 q,

pomidor – 50 q,

göyərti (reyhan, keşniş) – 15 q,

darçın – 0,2 q,

qatıq – 50 q,

istiot -0,1 q,

duz.


Badımcanın saplağı ilə birlikdə üçü kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir . qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.

Ayrıca qabda darçınlı qatıq verilir.


Tarix: 12.12.2012 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 316 Bölmə: Dolmalar