beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzunsov yarpaq dolması resepti

Tərkibi:
1 kq tənək yarpağı
1 baş doğranmış soğan
2-3 diş doğranmış sarımsaq
250 qram orta yağlı dana əti
1 stəkan dolmalıq düyü
2 xörək qaşığı əridilmiş kərə yağı
1 xörək qaşığı tomat
1 xörək qaşığı bibər sousu
1/2 dəstə doğranmış cəfəri
Duz
Qara bibər
Reyhan
Quru nanə
Pul bibər

Üstü üçün:
2-3 xörək qaşığı tomat püresi
Kiçik kərə yağı parçası

Hazırlanması:
Tənək yarpaqlarını saplaqlarını kəsin, duzlu suda qaynadın.
Qabın içinə düyünü və bütün inqradientləri tökərək qarışdırın.
Tənək yarpaqları kiçik parçalara ayrılandan sonra hazırlanmış içdən bir çay qaşığı qoyaraq dolma şəklində sarıyın.
Geniş qazana düzərək üzərinə tomat püresi tökün və bişirin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:55 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Dolmalar