Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quzuqulağı dolması resepti

Tərkibi:
1/2 kq buğda yarması
4-5 sap göy soğan
2-3 xörək qaşığı tomat pastası
2-3 xörək qaşığı zeytun yağı
Cəfəri
Nanə
Duz
Qara istiot

Hazırlanması:
Buğda yarmasını bir qaba qoyub üzərini örtəcək qədər qaynar su da qaynadın.
Suyu çəkilən kimi tomat pastası əlavə edin.
Cəfəri, nanə, göy soğan, istiot, duz və zeytun yağı əlavə edin və qarışdırın.
Digər tərəfdə quzuqulağının damarlı hissələrini bıçaqla sıyırıb böyüklüyünə görə 2 və ya 3 hissəyə bölün.
Yaxşıca yaxaladıqdan sonra böyük bir qazanda duzlu su qaynadın.
Quzuqulağını qaynayan suyun içinə atıb tərs üzünə çevirin və tez çıxardın. (Çox saxlamayın, yarpaqlar incə olduğundan çox saxladıqda dağılır.)
Daha sonra quzuqulağını parlaq tərəfi içəridə qalacaq şəkildə içini doldurun və yarpaq dolmasını bükdüyünüz kimi bükün.
Qazana düzün. Üzərinə tomat pastalı su, zeytun yağı və az miqdarda duz səpib 10-15 dəqiqə bişirin.
Soyuyandan sonra böyük boşqaba qoyun, sarımsaqlı qatıq ilə süfrəyə verin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Dolmalar
loading...