beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quru dolma resepti

Tərkibi:
10 ədəd qurudulmuş badımcan
10 ədəd qurudulmuş dolmalıq bibər
500 gr orta yağlı qıyma
1 çay stəkanı incə yarma
1 su stəkanı düyü
1 su stəkanı qaynadılmış noxud
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı pomidor tomatı
4 ədəd orta ölçülü soğan
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı qırmızı bibər

Sous üçün:
1 xörək qaşığı bibər tomatı
1 xörək qaşığı quru nanə
8 diş sarımsaq
2 xörək qaşığı marqarin
2 xörək qaşığı nar turşu

Hazırlanması:
Quru dolmalıq tərəvəzləri bir gecə əvvəldən isladın. Sabahısı gün yumşalan tərəvəzlərin suyunu süzün. Bir qazana qoyub üzərlərini keçəcək qədər su əlavə edin və 10 dəqiqə qaynadın. Süzüb bir kənara qoyun.
Qıyma, qaynadılmış noxud, yarma, incə doğranmış quru soğan, düyü, pomidor və bibər tomatı, duz, qara bibər, qırmızı bibəri böyük bir kasada qarışdırın.
Bu qarışığa 2 xörək qaşığı su əlavə edin. Bibərlə badımcanları doldurub, qazana yığın.Yarıya qədər su əlavə edib, orta odda bişirin. Digər yandan sousu hazırlayın. Ərimiş marqarin ilə döyülmüş sarımsağı bir az qovurun. Sous, nanə və nar turşu qataraq 5 dəqiqə bişirin. Bu vaxt bişmiş olan dolmaların üzərinə bu sousu gəzdirin və 15 dəqiqə daha birlikdə qaynadın. İsti isti servis edin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:58 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Dolmalar