beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma dolması resepti

Tərkibi:
Qoyun əti – 60 q
Ərinmiş yağ – 10 q
Alma – 200 q
Baş soğan – 15 q
Şəkər – 5 q
Şərab sirkəsi 10 q
Zəfəran – 0,1 q
Duz.

Hazırlanması:
Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır.
Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir.
Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:51 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Dolmalar